ADP çi fəal qaçırırldı
Son zamanlar Azərbaycan hökümət nümayəndələrinin insan haqları aktivistlərinə və ölkədə olan yazar və jurnalistlər qarşı apardığı repressiv siyasət müxalif fikirli insanlardan da yan keçməmişdir. ADP mətbuat xidmətinin yaydığı məlumata görə, partiyanın Binəqədi rayon təşkilatının təşkilatı məsələlər üzrə sədir müavini Bahadur Quliyev mülki şəxslər tərəfindən zorla maşına mindirilərək qaçırılmışdır. Hadisə şahidi olmuş partiyanın fəal üzvü Rasim Hüseyinov ADP mətbuat xidmətinə verdiyi məlumata görə, Bahadur Quliyev qacırılan zaman zorakılığa məruz qalmışdır. Bu hadisə yaxınlıqda asayış keşiyi çəkən Polis Post patrul xidməti əməkdaşlarının gözü qarşısında baş verməyinə baxmayaraq, onlar hadisəyə müdaxilə etmək əvəzinə sakitcə ərazidən uzaqlaşıblar.
Xatırladaq ki, Bahadur Quliyev ADP-nin Binəqədi rayonu təşkilatının təşkilatı məsələlər uzrə sadir müavini olmaqla yanaşı, bütün müxalif düşərgə də cox məhşur simalardandır. Bahadur Quliyev eyni zamandada qazetlərdə gedən bir cox hakimiyyət əleyhinə tənqidi yazarın müəllifi və bir çox aksiyaların təşkilatçılarından biri olmuşdur. Elə bu səbəbdəndə Bahadur bəyin siyasi baxışlarına gorə qaçırılması heçdə şübhə yaratmır.
Akif Qurbanov
Short URL: http://www.cumhuriyyet.net/?p=112319