Siyahıda 5 milyon 192 min 42 nəfər var
Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.
Cumhuriyyet.net xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov jurnalistlərə bildirib ki, Azərbaycanda 5 milyon 192 min 42 nəfər səsvermə hüququ olan şəxs var.
Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari ilin martın 3-ə qədər başa çatdırılması qərara alınıb.
N.Məmmədov əlavə edib ki, Azərbaycanda seçicilərin sayı 0.6 faiz, yəni 28792 nəfər artıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=114260