Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni sədr seçdi

10.03.2018 - 20:50

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransında qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, yeni İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və sədr seçilmişdir.Qurumdan TİA.AZ-a verilən məlumata görə konfransın sonunda cəmiyyətin sertifikatlaşma üzrə kurslarının yekununda imtahanlarını uğurla vermiş şəxslərə sertifikat təqdim edilmişdir. AQC tərəfindən ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətlərini birləşdirən və əlaqələndirən yeni təsisat-Qiymətləndiricilər Şurası yaradılacaq”-deyən “Koneko Group” MMC-nin direktoru, AQC İdarə Heyətinin üzvü Vüqar Oruc konfransdan sonra cəmiyyətin fəaliyyətinin genişləndiriləcəyini bildirib. Yeni seçilmiş sədr Nüsrət İbrahimovun və yeni idarə heyətinin daha səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edən Vüqar Oruc tez bir zamanda AQC-nin qiymətləndirmə bazarında həlledici mövqeyə sahib olacağı üçün rəhbərliyin əzmkarlıqla çalışacağına əminliyini ifadə edib. Onu da vurğulamaq lazımdır ki, AQC bu yaxınlarda nüfuzlu beynəlxalq qurumun-Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin assosiativ üzvülüyünə qəbul edilmişdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=115133

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31