Rusiya 23 Britaniya diplomatını ölkədən çıxarmaq haqqında qərar qəbul edib

17.03.2018 - 16:10

Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb.

APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou xarici işlər nazirliyinə çağırılıb.

XİN-in bəyanatında Rusiyadakı Britaniya Konsulluğunun bağlanacağı və Böyük Britaniyanın Sankt-Peterburqda ümumi konsulluq açmaq üçün icazəsinin ləğv ediləcəyi də bildirilib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=115798

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31