Yarmarkada müştərilər aldadılır: “Bizə belə tapşılıb…”

19.03.2018 - 18:02

Sumqayıt yarmarkasında fırıldaqçılıq edilir.

Minval.info xəbər verir ki, həftə sonları şəhərin 12-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada alıcılar aldadılır.

Bu barədə Sumqayıt sakinləri məlumat verib. Onların sözlərinə görə, məhsulun üzərində yazılan rəqəmlə satış qiyməti uyğun deyil. Satıcılar isə buna məcbur qaldıqlarını iddia edirlər. Belə ki, onlardan məhsulun üzərinə aşağı qiymətlərin yazılmağı tələb olunur. Lakin satıcalara deyilir ki, mallarını istədikləri qiymətə müştəriyə təklif etsinlər.

Sakinlər deyir ki, əvvəllər bu kimi halla rastlaşmayıblar. Onlar bayram ərəfəsi olduğundan belə vəziyyətin yarandığını ehtimal edirlər.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq.

“İndi biri belə söz deyibsə, biz nə edə bilərik? Dəqiqləşdirib sizinlə əlaqə saxlayarıq” – nazirlik sözçüsü bildirib.

Daha sonra isə M.Hacıyev məlumatın yanlış olduğunu söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=115878

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31