Mitinqlər 24 illik idarəçiliyə etiraz vulkanına dönür
24 illik hakimiyət idarəçiliyi boyunca Azərbaycan üçüncü dünya ölkələrinin belə autsayderinə çevirilib. Bu iqtidar uzun illər içdə Azərbaycan xalqına, xaricdə demokratik dünyaya yalanlar söyləməklə, içdə Azərbaycan xalqını, xaricdə demokratik dünyanı aldatmaqla hakimiyətdə qala bildi. İndi, çoxillik yalanlardan, aldatmalardan, aldadıcı başqatmalardan sonra, onlar içdə də, xaricdə də da Oğru hakimiyət, korrupsiyaçı kriminal rejim başçıları olaraq tanınmaqdadırlar! Elə bu üzdən də getdikcə artan aqressivlik sərgiləyirlər.
2012-2014-cü illəri qapsayan 3 milyard dollar Avropadakı, ABŞ-dakı bir sıra siyasi satılmışlardan yararlanmaqla hakimiyəti qoruyub saxlamaq üçün Azərbaycan xalqından oğurlanıb. Dövlət düzəyində bu sayaq böyük oğurluqlar üzündən bu gün Azərbaycanda dolanışıq dözülməzliyindən ardı-arası kəsilməyən özünüöldürmələr baş verir. 350 milyardlıq neft gəlirlərini “yoxa” çıxaran, Neft fondunu boş qoyan, ölkənin qızıl saxlancını dağıdan, “güclü iqtisadiyyat” adına böyük yoxsulluq axarında düşkün sosial-psixoloji ortam yaradan İ.Əliyev bütün bunların üstündən xalqa VARLI GƏLƏCƏKLƏ bağlı yağlı pambıq yallanları danışır. Ekonomist ekspertlərin sayımına görə, indiki aqrotexniki ortamda, İ.Əliyevin pambıq əməyini QUL əməyinə çevirən indiki qiymət siyasətinə uyğun olaraq, Azərbaycan pambıqçısı becərdiyi pambığın hektarından 120-130, uzağı 150 manat qazanz götürə bilər. Bu isə İ.Əliyevin düşüncəsinəı görə, olduqca böyük qazancdır – 7-8 aylıq gərgin əməkdən sonra hektara, uzağı, 150 manat: necə də böyük puldur! Qonşu Gürcüstanda Yeni Zelandiya yağının kilosu 6 manat, 6 manat yarım, Əliyevlərin alver şəbəkələrində 17 manat! Ətin kilosu qonşu Gürcüstanda 5-6 manat, Azərbaycanda 12-13 manat!
“Yalana, talana son!” mitinqlərində də deyildiyi kimi, ölkə dövləti bütünlüklə sarmış korrupsiyanın doğurduğu soyğunçuluq-yağmalama içində içindən qırılıb dağılmaqdadır. Di gəl, İ.Əliyev ölkədə DÖVLƏT SİYASƏTİNƏ dönüşdürülən korrupsiya ilə çarpışma aparmaq yerinə… antikorrupsiya mitinqılərinin baş tutmaması üçün POLİS başda olmaqla, bütün dövlət qurumlarını ayağa qaldırıb – ölkənin bu başından o başına mitinqçi ovu gedir! Son mitinqlərədək çox çətinliklə olsa da, avropalı yetkililər qarşısında mitinqlərlə bağlı neytrallığını qoruyub saxlamağa çalışan İ.Əliyev bütün dövlət gücüylə qarşısını almağa çalışdığı mitinqlərdən sonra özündən necə çıxdısa, mitinqə gedənləri (minlərlə adamı!) avropalıların qarşısında “anormal” adamlar adlandırdı. Bu isə yalnız içdiyi prezident andını (“hamının prezidenti olmağa and içirəm”) deyil, eləcə də xalqa özgür toplaşmaq hüququ verən Konstitusiyanı ayaqlamaq, təhqir etmək deməkdir!
41 manata başa gələn qaz Azərbaycan xalqına 200 manata satılır. Bir sıra Avropa ölkələrinə yarı qiymətinə, Gürcüstana, qanımızı içən erməni kilsələrinə pulsuz verilir – hamısı da hakimiyəti qoruyub saxlamaq üçün! 24 ildən bəri Azərbaycan xalqını özləri üçün canlı kapitala çevirməklə milyardlara yiyələnmiş Əliyevlərin indiki prezidenti deyir: “Bəzi neft ölkələrindən fərqli olaraq biz neft gəlirlərini insan kapitalına yönəltmişik”. İ.Əliyevin bu sayaq yalanlarını doğrultmaq, KAPİTAL İNSAN faktorunu gerçəkləşdirmək, göstərmək, tanıtmaq üçün ölkədə böyük, gələcəyə yönəlik dəyişiklik mitinqlərinə start verib! Ölkəni çıxmaza gətirib çıxarmış birisinin o mitinqlərə gələnləri necə dəyərləndirməsi önəmsizdir…
Elnur Nəcəfli
Short URL: http://www.cumhuriyyet.net/?p=116249