PA-nın məsləhətçisi: Bakıda ermənilər sərbəst şəkildə yaşayır

29.03.2018 - 12:36

Ermənistandan fərqli olaraq, Azərbaycanda, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir.

Cumhuriyyet.net xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “1918-ci il – azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırım, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

“Kilsədə erməni dilində 5000-ə yaxın ədəbiyyat var.

Kilsə və həmin ədəbiyyat Azərbaycan dövləti tərəfindən qorunur”-deyən, C. Məmmədovun bildirdiyinə görə, Bakı şəhərində çoxlu sayda erməni sərbəst şəkildə yaşayır və onlarla azərbaycanlılar arasında heç bir konflikt yoxdur.

O qeyd edib ki, ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni abidələri dağıdılıb, Qarabağdakı məscidlər yerlə-yeksan edilib.

“Azərbaycanda isə erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur.

Biz Şuşadakı “Gövhər ağa” məscidinin təmirinin arxasında da siyasi məqsədlərin dayandığı çox yaxşı bilirik”, – deyə C. Məmmədov əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31