Novruz Məmmədovun baş nazir kimi ilk açıqlaması

21.04.2018 - 12:51

“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”.

Short URL: http://www.cumhuriyyet.net/?p=117846

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728