“Eurovision 2018”-in qalibi 529 xalla İsrail təmsilçisi oldu – VİDEO

13.05.2018 - 10:59

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

APA-nın məlumatına görə, “Eurovision 2018” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında İsrail təmsilçisi Netta olub. O, «TOY» mahnısını ifa edərək, 529 xalla birincilik əldə edib.

İsrail 529, Kipr 436 və Avstriya 346 xalla “Eurovision 2018” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.

Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü “Eurovision” mahnı müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2018” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda səhnəyə 1-ci çıxaraq “X my heart” mahnısını səsləndirib, lakin finala adlaya bilməyib.

Beləliklə, “Eurovision 2019” yarışması İsraildə baş tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=118779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728