Anar Məmmədovun Hadisə üçün aldığı plyaj dağıdılıb-FOTO

14.05.2018 - 12:31

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb

AzEuroNews.com xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.
Müğənni Hadisəyə aid “La Plaj”  məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub.
Belə ki, plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin “La Plaj”ı verilmiş müddət başa çatdığından dağıdılıb.
Türk mediasının yazdığına görə, hadisənin “La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: “Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm”.
AzEuroNews.com-un əldə etdiyi özəl məlumatda deyilir ki, “La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış.  2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.
Əldə etdiyimiz məlumata görə ümumiyyətlə, “La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə “La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=118816

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728