11 aprel seçkiləri: daha bir saxtakarlıq – İlham Əliyevin 4-cü və bu dəfə 7 illik prezidentliyi demokratik standartlara cavab vermir

12.04.2018 - 22:59

11 aprel 2018-ci ildə baş vermiş seçkilər həm seçkiöncəsi vəziyyətə, həm də seçki günündə baş verən total saxtakarlığa, qanun pozuntularına görə beynəlxalq normalara uyğun gəlməyən, cəmiyyətdə olan real siyasi güclər nisbətini əks etdirməyən, formal xarakter daşıyan, indiki prezidentin səlahiyyətlərini xalqın idarəsinə əsaslanmadan 7 il uzadılmasına xidmət edən qeyri-legitim bir proses idi. Bu seçki prosesi Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün məhdud vəziyyətdə olan imkanların artırılmasında heç bir rol oynamayıb. 11 aprel seçkiləri son illərdə cəmiyyətin seçki prosesinə və institutuna onsuz da sarsılan inamını daha da azaltdı, xalqın ölkədə dəyişikliklərin seçki yolu ilə baş verməsi ümidini sarsıtdı.
Seçki institutunun tam sıradan çıxarılması xalqımızın və dövlətin gələcəyinə ən ciddi təhdidlərdən biridir. Bunun məsuliyyəti tamamilə İlham Əliyev və indiki hakimiyyətin üzərindədir. 11 aprel 2018-ci ildə baş verən seçkilərin nəticəsi xalqın istəklərini və real siyasi vəziyyəti əks etdirmir, qanun pozuntuları olan və siyasi rəqabət olmadan baş tutan seçki prosesi prezidentin legitimliyini şübhə altında qoyur.
Ölkədəki siyasi mühit beynalxalq standartlara cavab verən seçkilərin keçirilməsinə uyğun deyildir. Belə ki, hakimiyyətin fevralda növbədənkənar seçkiləri aprel ayına təyin etməsi ilə müxalif partiyalarına demək olar ki, hazırlıq üçün vaxt saxlamadı. Bundan başqa, Azərbaycanda 160-dan çox siyasi məhbus var. Şəffaf seçkilərin keçirilməsi üçün ən vacib şərtlərindən biri – ifadə azadlığı Azərbaycanda kobud şəkildə pozulmaqdadır.
Jurnalistlərin və bloggerlərin həbsdə saxlanması, müstəqil saytların bloklanması, yerli televiziya kanalların müxalif qüvvələrin üzünə qapadılması seçkilərin qeyri şəffaf keçirildiyinə əsaslı şübhələr yaradır. Nəticədə seçkiləri bütün müxalif partiyalar və təşkilatlar boykot etdi, seçkilərdə isə “cib müxalifəti”nin nümayəndələri iştirak edərək İlham Əliyevin 4-cü dəfə rəqabət şəraitində seçilməsi görüntüsünü yaratmağa cəhd etdi. İlham Əliyevin 4-cü və bu dəfə 7 illik prezident vəzifəsinə seçilməsi demokratik standartlara cavab vermir. NİDA qeyd edir ki, prezident seçkilərində səs vermə prosesi saxtakarlıqlarla müşayiət olunurdu. Videoçəklişlərdə seçicilərin ayrı ayrı məntəqələrdə səs verməsi, seçki komisiyaların üzvlərin və seçicilərin tərəfindən qutuya topa bülletenlərin atılması açıq-aşkar görünür. Müstəqil müşahidəçilərin olduğu seçki məntəqələrinin 47%-da adları seçici siyahısında olmayan seçicilərin iştirakı, 53% seçki məntəqəsində seçki qutusuna saxta bülletenlərin atılması, seçki məntəqələrin 53%-da isə bir şəxsin bir neçə dəfə səs verməsi halları qeydə alınıb. Bundan əlavə, səs vermə zamanı müstəqil müşahidəçilərə və jurnalistlərə seçki komissiya üzvləri tərəfindən maneələrin yaradılması seçkilərin şəffaf olmamasını göstərir. Həmçinin səs sayma zamanı müşahidəçilər səs verənlərin sayının artırılmasını qeyd ediblər. 2017-ci ildə Dövlət Statistika Komitəsi açıqlamasında bildirmişdir ki, Azərbaycanda səsvermə yaşında 7,1 milyon insan var. Ancaq daimi seçici reystrində ümumilikdə 5 192 063 seçici qeydiyyata alınıb. Bu ciddi rəqəm fərqi seçkilərin nəticələrinin saxtalaşdırılmasına hazırlıqdan xəbər verirdi.

Namiq Muradl

Short URL: http://www.cumhuriyyet.net/?p=118857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728