Daha bir əcnəbi futbolçu “Qarabağ”ı tərk edir

15.05.2018 - 10:30

“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerye karyerasını yenidən Polşada davam etdirə bilər.

Oxu.Az xəbər verir ki, 29 yaşlı futbolçu yüksək liqada çıxış edən “Qurnyiq”in maraq dairəsindədir.

Zabje klubu “Visla”nın sabiq üzvünü Polşaya qaytarmaq niyyətindədir. Onlar yayda komandanı tərk edəcək Rafal Kurzavanın yoxluğunu məhz haitili futbolçu ilə doldurmaq istəyirlər.

Vild-Donald Qerye “Qarabağ”a ötən il “Alanyaspor”dan keçib. Haiti millisinin üzvü 2013-2016-cı illərdə Polşada “Visla”nın formasını geyinib və bu müddətdə 77 oyuna iyirmi qol vurub.

Qeyd edək ki, “Qarabağ” legionerlərdən artıq Pedro Enrike ilə yollarını rəsmən ayırıb. Digər braziliyalı futbolçu Rişard Almeydaya isə xaricdən sərfəli təklif var və “Qarabağ”ın millimizin futbolçusunu xaricdə oynamaq üçün buraxacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=118884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728