Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb – Yenilənib

21.05.2018 - 17:26

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib

Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb.
İlkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova  bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir.
***
Bakıda kafedə partlayış olub.
Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=119155

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728