Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır – FOTO

24.05.2018 - 10:06
Mərkəzi Bankda yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin etmək üçün yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.
 Yeni pul nişanının dizaynını ABŞ-ın “Crane Currency” şirkəti hazırlayıb, Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
Əskinasın üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.
Daha sonra isə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı təqdim edilib. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31,1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı da təqdim olunub. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.
Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119317

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930