"Azərsu"nun milyonluq layihələri və göyə sovrulan vəsaitlər

14.09.2014 - 02:28

Qorxmaz Hüseynov qanunları pozaraq özünə yaxın şirkətləri müxtəlif layihələrə cəlb edib; Sədr
müavini İlqar Tağıyev “T.T.Ş İnşaat” şirkətinin vasitəsilə ilə
görülən işlərdən nə qədər qazanıb?

 

Qorxmaz Hüseynov qanunları pozaraq özünə yaxın şirkətləri müxtəlif layihələrə cəlb edib; Sədr
müavini İlqar Tağıyev “T.T.Ş İnşaat” şirkətinin vasitəsilə ilə
görülən işlərdən nə qədər qazanıb?

 

 
 
“Azərsu”
Açıq Səhmdar Cəmiyyətində (ASC) rəhbər dəyişikliyi baş verəndən sonra
paytaxtın, ümumiyyətlə ölkə əhalisinin içməli su ilə bağlı müxtəlif problemləri
meydana çıxdı. Qurumun sədri Qorxmaz Hüseynovun kadr islahatlarındakı bəzi
addımları, o cümlədən bu sahədə aparılan layihələrin əksəriyyətinə öz yaxın
adamlarını cəlb etməsi dövlət büdcəsinə külli miqdarda ziyanın vurulması ilə
nəticələnib. Mətləbə keçid almazdan öncə qeyd edək ki, Qorxmaz Hüseynov 1965-ci
ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. 1989-cu
ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə “Neft daşları” NQÇİ-də
iqtisadçı-mühasib vəzifəsində başlayıb və müxtəlif vəzifələrdə işləyib. ASC-yə
sədr təyin edilənə qədər isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini tutub. Çoxları
“Azərsu” rəhbərliyində baş tutan dəyişiklikdən müsbət nəticələr
gözləsə də, Qorxmaz Hüseynov ona bəslənən ümidləri doğrulda bilmədi. Onun
ASC-yə sədr təyin olunması ilə bərabər yeni-yeni problemlərin əsası qoyuldu.
Qeyd edək ki, son üç il ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
sədrinin adı müxtəlif mənimsəmə hallarında çəkilir. Dövlət büdcəsindən qurumun
bəzi layihələrinin həyata keçirilməsi məqsədilə ayrılan milyardların taleyi
qaranlıq olaraq qalır. Yerli KİV-lərdə yayılan məlumatlardan aydın olur ki,
Qorxmaz Hüseynov vəzifəyə təyin olunandan bu vaxta qədər əhalinin içməli su ilə
təminatını yox, öz maliyyə imkanlarını yaxşılaşdırıb. Apardığımız
araşdırmalardan sonra öyrəndik ki, “Azərsu” ASC-nin sifarişçisi
olduğu layihələrin yetərli hissəsində qanun pozuntularına yol verilib. Qurumun
su və kanalizasiya lahiyəsi çərçivəsində Dünya Bankı ilə bağlanmış müqavilələrə
əsasən görülən işlərinə nəzarət edən Qorxmaz Hüseynovun xarici sərmayələr üzrə
müavini İlqar Tağıyev bəzi əməllər törədib ki, bunun xeyrini həm özü, həm də
ASC-nin sədri görüb. Belə ki, bu şəxs xarici sərmayələrə nəzarət etməklə
bərabər həm də xarici şirkətlərin ölkəmizə gəlib iş görmələri ilə məşğuldur:
“Qurumun bölgələrdə Dünya Bankı ilə razılaşdırılmış su və kanalizasiya
lahiyəsini həyata keçirən əsas şirkət “T.T.Ş İnşaat servis”dir.
Deyilənə görə, adıçəkilən şirkət Qorxmaz Hüseynova çox yaxındır. Bu şirkət son
illər Azərbaycanın müxtəlif rayonlarında su və kanalizasiya layihələrini həyata
keçirib. Məsələn, şirkət Qəbələ şəhərində “PWT Wasser-un
Abwassertehnin” ilə birgə 64 milyon manatlıq, Beyləqan rayonunda
“GMBH-CO.GH” şirkəti ilə 48 milyon manatlıq, Qusar, Xaçmaz, Xızı
rayonlarında 17 milyon manatlıq layihəyələr görüb. Həyata keçirilən layihələrdə
görülən işlər, həmçinin su və kanalizasiya layihəsinin smetasında qeyd olunan
bəzi maddələr açıqcasına pozulub. Belə ki, layihəyə cəlb edilən fəhlələrə hər
bir metr 150-lik borunun çəkilişi üçün 3 manat, 200-lik borunun çəkilişi üçün 5
manat, 300-lük borunun çəkilməsi üçün 8 manat, 400-lük borunun çəkilişi üçün 11
manat, 500-lük borunun çəkilişi üçün 13 manat ödənməli imiş. Amma
“Azərsu” rəhbərliyi və “T.T.Ş İnşaat” şirkəti fəhlələrə ay
ərzində 390 manat əmək haqqı verib. Bundan başqa şirkətin işçiləri ilə heç bir
müqavilə bağlanmayıb və onlar muzdlu işçi kimi işləyiblər. Su və kanalizasiya
işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi hal- hazırda
“Azərsu” ASC-nin layihələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin
heç bir sığortası yoxdur. Halbuki, “Azərsu”nun layihələrini həyata
keçirən “T.T.Ş İnşaat” şirkətinin Qəbələdə, Qusarda, Xaçmazda,
Xızıda, İmişlidə, Yardımlıda və Beyləqanda gördüyü işlərdə 50-dən çox fəhlə
torpaq uçqunu altında qalaraq xəsarət alıb. Amma bu fakta görə şirkətin
rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb”. Araşdırmalara görə,
Qorxmaz Hüseynovun müavini İlqar Tağıyev həmçinin Göyçay şəhərində Türkiyə
şirkəti “Alko İnşaat San və Tic.Aş”la 19 milyon manatlıq layihə
həyata keçirib və bu işlərin dəyərindən 10 faizlik payını alıb: “O, Ağdaş
rayonunda “Atinak Mü.İnş.San və Tic.A.Ş”ın həyata keçirdiyi 67 milyon
manatlıq layihədən isə 25 faiz, “Çukurova-Su-İstilik Quraşdırma”
birgə müəssisəsinin Naftalan şəhərində həyata keçirdiyi 24 milyon manatlıq layihədən
də 10 faiz alıb. Təbii ki, bu layihələrdən silinən vəsaitlərin böyük hissəsi
sədrin büdcəsinə yönəldilib”. İşin ən maraqlı tərəfi “T.T.Ş
İnşaat” şirkətinin arxasında kimin dayanması ilə bağlıdır. Əldə etdiyimiz
məlumatlara görə, milyonluq tenderlərin qalibi olan şirkət Qorxmaz Hüseynovun
qardaşı Məhəmməd Hüseynov və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunur.
Bundan başqa “Mühəndis Tikinti Layihə” MMC, “Azərsu Təchizat
Tikinti” ASC, “Sənaye Tikinti-M” şirkətləri də Qorxmaz
Hüseynovun qardaşı və qaynının nəzarəti altındadır. Hələ bu harasıdır. ASC
sədri iri layihələrə digər yaxın qohumu- bacısı oğlu Yusifəli adlı şəxsi də
cəlb edib. Adıçəkilən şəxs Hacıqabulda su və kanalizasiya sisteminin yenidən
qurulması üçün “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilən layihədə
nəhəng korrupsiya hallarına şərait yaradıb. Bu barədə əldə etdiyimiz bilgilərə
əsasən, layihənin icrasına Türkiyə şirkəti cəlb edilsə də, işin koordinasiyası
“Azərsu” ASC-yə məxsus olub: “İşin gedişində boruların altına və
üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib.
Qorxmaz müəllimin bacısı oğlu Yusifəli bu işi öz üzərinə götürüb. Hacıqabul
rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən
Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri
fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30
manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq
kəndindən deyil, Salyan rayonunun Xıdırlı kəndi ərazisindən daşıdığını
yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə
hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya
gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə külli miqdarda vəsaitin
mənimsənilməsi deməkdir”. Beləcə, ASC sədrinin bacısı oğlu büdcəyə külli
miqdarda ziyan vuraraq böyük qazanc əldə edib. Onu da diqqətinizə çatdırmaq
istəyirik ki, 2012-ci il ərzində Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul,
İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı
və kanalizasiya sisteminin tikintisinə nə az, nə çox düz 250 milyon manat
ayrılıb. Lakin həmin vəsaitin əsas
hissəsinin Qorxmaz Hüseynovun yaxın adamları tərəfindən mənimsənildiyi deyilir.
2013-cü ildə isə ASC-yə təxminən, 1 milyard manata yaxın sərmayə yatırılıb.
“Azərsu”yu sərmayələrin sürətlə artması Qorxmaz Hüseynovun maliyyə
durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bir məsələni xüsusi qeyd etmək
lazımdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərsu” ASC-yə
müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi
və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamağa icazə verilib.
“Satınalmalar haqqında” Qanunda isə göstərilir ki, 50 min manatdan
yuxarı bütün işlər üçün tender elan olunmalıdır və tenderdə iştirak edən
şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. Maraqlısı isə odur ki, Qorxmaz
Hüseynovun tenderlərə cəlb etdiyi şirkətlərin bir çoxu son illərdə yaradılıb.
Yəni onların 3 il iş təcrübəsi yoxdur. Bu isə o deməkdir ki, ASC rəhbəri
müvafiq qanunvericiliyin tələblərini pozaraq özünə yaxın olan şirkətləri
tenderlərin qalibi edib ki, bunun vasitəsilə külli miqdarda vəsait göyə
sovrulub. Qorxmaz Hüseynovun 2011-ci ildən etibarən həyata keçirdiyi qanunsuz
işlərin siyahısını bir az da uzatmaq olar. Fikrimizcə, bu faktların
araşdırılması ASC sədrinin karyerasının sonunu gətirə bilər. Bir sözlə, Qorxmaz
müəllimin karyerası tükdən asılıdır. Tam əminliklə söyləyə bilərik ki, ARDNŞ-in
keçmiş vitse-prezidenti ölkə rəhbərliyinin etimadını doğrulda bilmədi. Çox
güman ki, yuxarı instansiyaların rəhbərləri Qorxmaz Hüseynovun adının çəkildiyi
korrupsiya məsələlərini araşdırıb büdcə vəsaitlərinə qənim kəsilən şəxslərin
barəsində lazımi tədbirlər görəcək. Növbəti saylarımızda “Azərsu”
ASC-də cərəyan edən digər xoşagəlməz olaylar və Qorxmaz müəllimin sərvəti
haqqında böyük yazı dərc edəcəyik. Bizi izləyin.

Mövzu ilə
bağlı bütün tərəflərin münasibətini işıqlandırmağa hazırıq.

P.S.
Ağcabədi rayonundakı “çuqun əməliyyatı” kimin əmri ilə həyata
keçirilib?


“Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov büdcədən və xarici
banklardan ayrılan vəsaitləri necə silir?

– Qorxmaz
Hüseynovun yerinə iddia edən Etibar Məmmədov Dövlət Sirkinin yaxınlığında nə
üçün tez-tez görünür?

– “Mən
Qorxmaz Hüseynovdan daha yaxşı işləyirəm. Əgər həmin vəzifə mənə tapşırılsa,
heç bir yeyintiyə yol vermərəm” deyən MMC rəhbəri nəyə işarə edib?

– Su
təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Asiya İnkişaf
Bankından ayrılan vəsaitlər hansı yollarla mənimsənilib?


“Birləşmiş Sukanal” MMC tərəfindən həyata keçirilən layihələrdəki
qaranlıq məqamlar hansılardır?

– Bir
vaxtlar Şamxal kişinin həyət evinə göz dikənlər indi hansı torpaqları
özəlləşdirmək istəyir?

Bu və digər
məsələlərlə bağlı növbəti yazılarımızda…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930