Neft şirkətində İsgəndər Şirəli erası: Qalmaqallı oliqarxın sonu çatır…

10.06.2018 - 23:17

Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heçdə yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurlarımızın bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər. Belə qurumlardan biridə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Bununla bağlı cumhuriyyət.az-a daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli yaxın günlərdə vəzifəsi ilə vidalaşacaq.
Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktublarıdı.
Traktorçu yeznə baş mühəndis, fərari isə idarə rəisi…
Mediada yer alan məlumatlarda bildirilir ki, Komleks Qazma İşləri Trestində maliyyə baxımından bütün “strateji” postlar İsgəndər Şirəlinin qohumları, əqrabaları, tanışları, dostları və yaxın adamlarıdır. Həmin məlumatlara əsasən cumhuriyyet.az bildirir ki, Şirəli İsgəndər bu vəzifəyə təyin olunandan sonra Azərbaycan Dövlət Neft Şirkətinin var – dövlətini talamağa başlayıb. O, istəyini həyata keçirmək üçün özünə yaxın bildiyi qohumlarını vəzifəyə gətirib. Qonumların savadlı və ya mütəxəssis olması isə önəm kəsb etməyib. İlk öncə bacısının həyat yoldaşı Ramiz Ağayevi Trestin Qazma və Logistika İdarəsinin baş mühəndisi təyin edib. Ramiz Ağayev traktorçu olub və heç bir təhsili yoxdur. Bundan sonra kürəkəni Zaur Qarayevi “Kompleks Qazma İşləri Tresti”nin Ekologiya şöbəsinin rəisi təyin edib. Ekologiya sahəsi üzrə mütəxəssis olmayan şəxsin bu sahəyə necə xidmət etdiyini Rövnəq Abdullayevin araşdırması vacibdir. Şirəli İsgəndər yaxın qohumu olan Anar Məmmədov Trestin Mərkəzi Mühəndis Texniki Xidmətinin rəisi vəzifəsini icra edir. Bildirək ki, Anar Məmmədovun bu sahədə səriştəsiz, iş təcrübəsi olmaması ilə yanaşı həqiqi hərbi xidmət keçmədiyi haqda da iddialar var. Trest rəisi digər qohumlarını da unutmayıb. İsgəndər Şirəli qardaşının yeznəsi İsa adlı şəxsi Trestin qazma Departamentinin rəis müavini, İsanın bacanağı Elvin adlı şəxsi Neft Daşları bölümündə təchizat üzrə rəis müavini, Xəyyam adlı yaxın qohumunu Tikinti şöbəsinin rəisi, Ramiz adlı digər qohumunu Sahil bölümünün 122 saylı özül bölümünün rəisi vəzifələrinə təyin edib. Salyan – Neftçala zonasında yaşayan digər qohumlarını da vəzifələrə təyin edən trest rəisi qanunları pozmaqla korrupsiya əməllərini icra etməkdədir.
Azərbaycan pulları hesabına xaricdə biznes
Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrindən biri olan Kompleks Qazma İşləri Trestinə rəhbərlik edən İsgəndər Şirəliyevin ölkə xaricində biznes şəbəki qurması haqda da mediada məlumatlar yayılıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, İsgəndər Şirəliyev 7-8 il öncə Türkiyədə biznes sahəsi qurmağa başlayıb. Həmin biznesin qurulmasında isə Fətullah Gülən hərəkatına bağlı və əslən azərbaycanlı olan şəxslərin köməkçi olduqları iddia edilir. Realliqinfo.az-a daxil olan məlumatda vurğulanır ki, SOCAR-ın trest müdiri Türkiyənin İstanbul və Antalya şəhərlərində otelçilik biznesi yaradıb. Hazırda biznesi Şimali Kipr Türk Cumhuriyyətində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.
SOCAR-ın trest müdiri İsgəndər Şirəli xaricdə istirahət kompleksi tikib

Məlumatda İsgəndər Şirəlyevin oğlu Xəzər Şirəlinin Kiprin Türk tərəfində torpaq sahəsi alaraq böyük bir istirahət kompleksi inşa etdiyi deyilir. Trest müdiri Kiprdəki istirahət kompleksini hərəkata bağlı bir iş adamı ilə şərikli inşa etməsi də gəzən söz söhbətlər arasındadır.
***
Son illər isə trest müdirinin əsas vəzifələrdə işləyən adamlarının çoxalması idarədə ciddi şəkildə narazılığa səbəb olub. Çünki İsgəndər Şirəlinin “starteji” postlara təyin etdiyi qohum, əqrabalarının əksəriyyətinin ixtisası neft sahəsi ilə uzlaşmır. Ancaq buna baxmayaraq onlar neft-kimya sahəsinə illərini verib ali təhsil alan mütəxəsislərə rəhbərlik etməklə bərabər həmdə əmr sahiblərinə çevriliblər. Məhz Komleks Qazma İşləri Trestində baş verən qohum əqraba haqsızılığı Dövlət Neft Şirkəti rəhbərliyinində gözündən qaçmayıb. Çoxsaylı şikayətləri və mətbuatda təkzib olunmayan davamlı məlumatları nəzərə alan rəhbərlik İsgəndər Şirəli ilə vidalaşmaq qərarına gəlib. Q

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120248

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930