Sahil Babayevin yeni sisteminin pərdəarxası: Mətin Kərimli yenə milyonları batıracaq?

01.07.2018 - 21:39

“Azərbaycan vətəndaşları üçün ciddi məşğulluq portalı yaradılacaq”. Bu haqda məlumatı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev verib. O, bildirib ki, məşğulluq portalının yaradılması bu sahədə şəffaflığı tam şəkildə təmin edəcək: “Məşğulluq portalında Azərbaycanda olan bütün vakansiyalar barədə məlumat olacaq. Eyni zamanda qeydiyyatdan keçmiş bütün işsizlər və işaxtaranlar haqqında məlumat yerləşdiriləcək. İstənilən işəgötürən və işsiz hətta məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, öz reakividasiyası haqqında məlumatı daxil etməklə, mövcud bütün vakansiyalar haqqında məlumat ala biləcək, hətta birbaşa ora müraciət də edə biləcək. Orada tələblər, maaş, iş yerinin ünvanı, iş saat, yəni bütün tələblər əks olunacaq”. S.Babayev deyib ki, portal işəgötürənlər üçün də rahatlıq yaradacaq. Nazirin sözlərinə görə, Azərbaycanda iki yüz min işsiz və işaxtaran var: “Onların məlumatlarını məlumat bazasına daxil edilməsi, eyni zamanda açılan vakansiyalar barədə məlumatların daxil edilməsi bir qədər vaxt apara bilər. Amma portalın maksimum bir il ərzində yaradılması nəzərdə tutulur”.
İlk baxışda nazirliyin öz işini elektronlaşdırması həm bu prosesdə rüşvət faktorunun, həm də bürokratik əngəllərin aradan qaldırılması üçün müsbət bir hadisədir. Amma bəzi nüanslar bu məqama şübhələr yaradır. Oxuculara aydınlıq gəlsin deyə cumhuriyyet az olaraq xatırladaq ki, 2016-cı ilin mart ayında Səlim Müslümovun böyük “islahatı” kimi dəyərləndirilən ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, VEMTAS Nazirlikdə oturanlar tərəfindən idarə edilib, istədikləri adama asanlıqla yardım təyin edə biliblər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım əvvəllər olduğu kimi müvafiq kriteriyalara uyğun gəlməyən şəxslərə verilib, əksinə ehtyac içində yaşayan xeyli ailə dövlət başçısından narazı salınıb. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, hətta əli-ayağə yox I qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır: onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? O zaman bu sistem 2014-cü ildə Səlim Müslümovun müavini təyin olunan Mətin Kərimlinin rəhbərliyi altında hazırlanmışdı. Onun müavin təyin olunmasında əsas məqsəd isə ölkənin sosial müdafiə sisteminin elektonlaşdırılması olub. Yəni İman Kərimovun ASAN Xidmətdə gördüyü böyük işləri qardaşı Mətin Kərimli ƏƏSMN-də həyata keçirməliydi. Lakin ASAN Xidmət özünü nə qədər doğrultsa da, Mətin Kərimlinin Elnur Məcidovla birlikdə ƏƏSMN-də yaratdığı VEMTAS sistemi gözləntiləri doğrultmadı. Artıq mətbauatda da qeyd olunduğu kimi bu sitem ƏƏSMN-də korrupsiyanın daha da böyüməsinə səbəb oldu.
İndi nazirin bəhs etdiyi yeni portalın da M.Kərimlinin rəhbərliyi altında hazırlanacağı haqda məlumatlar var. Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında nazir müavini Mətin Kərimli dayanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə, bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışmış yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir. Hazırda isə vəzifəsini qoruyub saxlamağa çalışan hər kəs Mətin Kərimliyə yol tapmaq və vəzifəsində qalmaq üçün Mətin Kərimlini razı salmağa çalışır. Hazırda gedən prosseslər nazirlikdə hamının əlinin işdən soyumasına səbəb olmaqla yanaşı, həm də nazirlikdə xaosun yaranmasına səbəb olub. Çünki digər nazir müavinləri heç bir məsələyə nüfuz edə bilmirlər və bu da Nazirliyin iş prinsipinin pozulmasına səbəb olub. Nazirdən aldığı sonsuz səlahiyyətlərlə isə Mətin Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq, işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir.
Mətin Kərinmli sosial müdafiə sahəsinə bağlı adam olmayıb və bu sahədə iş təcrübəsinə də malik deyil. Son dəyişikliklərdən sonra mövqelərini gücləndirən nazir müavini hazırda ƏƏSMN-də bütün proseslərə nəzarət etməkdədir. Hazırda nazirliyin aparatında qalıb işləmək istəyən şəxs mütləq nazir İnam Kərimovun qardaşı Mətin Kərimli ilə dil tapmalıdır. Və yaranmış bu vəziyyət peşəkarların nazirlikdəki mövqelərini tamatmilə sarsıtmaqdadır.
Onu da bildirək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni portalla bağlı verdiyi məlumata görə, məşğulluq mərkəzləri öz yerində qalacaq: “Bizim böyük kateqoriya vətəndaşımız heç də internet sahəsində aktiv deyil. Onlar köhnə qayda ilə mərkəzlərə müraciət edə biləcəklər”. Başqa sözlə, yenə də bürokratiya və rüşvətə “ayaqyeri” saxlanacaq, itirilən isə yenə də dövlətin milyonları olacaq. Çünki zamanında VEMTAS sistemi üçün də xeyli miqdarda pullar xərclənmişdi…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120983

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031