İsgəndər Şirəli dövlətə meydan oxuyur: talanan milyonlar və cəzasızlıq

01.07.2018 - 23:16

SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin (“KQİ” Tresti) müdiri İsgəndər Şirəlinin qanunsuz hərəkətləri, korrupsiya əməlləri və özbaşınalıqları haqqında son illərdə mətbuatda bir sıra yazılar dərc olunub. Bununla bağlı cumhuriyyet.az olaraq da “Neft şirkətində İsgəndər Şirəli erası: Qalmaqallı oliqarxın sonu çatır…” və “Neft dünyasında İsgəndər Şirəli hökmranlığı: Komleks Qazma İşləri Trestində nə baş verir?” başlıqlı yazılar dərc etmişdik. Lakin görünən budur ki, onun neqativ davranış və əməlləri bitib-tükənmək bilmir.
Bu qurum və onun rəhbəri ilə bağlı cumhuriyyet.az-ın elektron poçtuna daxil olan yeni məlumatı olduğu kimi diqqətinizə çatdırırıq. Yazıda Trestdə baş verən mənimsənmə halları barədə konkret faktlar ortaya qoyulur, rəqəmlər səsləndirilib. İsgəndər Şirəlinin Fəthullah Gülənə bağlılığını iddia edən mənbənin portal əməkdaşına bildirdiyinə görə, Trestin rəhbərliyi ARDNŞ-i maliyyə sahəsində aldadır: “Belə ki, guya yerinə yetirilmiş işlər barədə aktlar tərtib olunur və böyük məbləğdə pullar silinir. Sübut kimi mənbə bir neçə quyunun qazılması və onlara aparan yolların çəkilməsi haqqında aktların kserosurətlərini təqdim edib.
Bu aktlara görə, trest tərəfindən Lökbatanda 1533 və 1535 saylı, Buta məntəqəsində 1779 saylı, Cəfərli məntəqəsində isə 37 saylı quyular üçün meydançaların tikintisi üzrə işlər görülüb və həmin istifadədə olan quyulara yollar çəkilib. Trestdə işləyən şəxs iddia edir ki, bu aktlarda göstərilən məbləğlər həmin işlərə çəkilən real xərcləri 10 dəfə üstələyir.
Bu aktlarda həmçinin göstərilib ki, 1533 saylı quyuda işlərə 71500 manat, 1535 saylı quyuda işlərə 56864 manat, 37 saylı quyuda işlərə 45900 manat, 1779 saylı quyuda işlərə isə 49000 manat xərclənib. Beləliklə, meydançaların tikintisi və onlara aparan yolların salınması üçün cəmi 223 min manat vəsait sərf olunub.
“Bu sahədə uzun illər işləmiş mütəxəssis kimi deyə bilərəm ki, əslində həmin işlərə aktlarda göstərilən məbləğin cəmi 10%-i xərclənib. Quyulara aparan yolların çəkilişi üzrə heç bir iş görülməyib – pulları, sadəcə olaraq, siliblər. Bütün aktları İsgəndər Şirəliyev imzalayıb. Mütəxəssis kimi o bilməyə bilməzdi ki, aktlarda göstərilən məbləğlər bu işlərə əslində sərf olunan məbləğləri əks etdirmir. Əminəm ki, ciddi və dəqiq yoxlama Kompleks qazma işləri trestində ciddi yeyinti hallarını üzə çıxara bilər”, – mənbə deyir”.
Bundan başqa dünən İsgəndər Şirəli barədə cumhuriyyet.az-ın e-mail adresinə də ciddi səs-küy yaradacaq məlumatlar göndərilib. Məlumatlarda Trest rəhbərinin işçiləriylə davranışından tutmuş, onun 70 yaşlı yeznəsinin əməlləri, oğlunun “qəhrəmanlıqları” barədə ciddi ittihamlar səsləndrilib. Redaksiyamıza göndərilən həmin məktubdan bəzi bölümləri ictimailəşdiririk: “Dövlət Neft Şirkətinin daxili əmr-qərarına əsasən, pensiya yaşına çatmış neftçilər işdən azad edildiyi halda İsgəndər Şirəlinin heç bir qabiliyyəti və savadı olmayan 70 yaşlı yeznəsi Ağayev Ramiz Əslan oğlu bu günə qədər şirkətdə işləməkdə davam edir. Hal -hazırda “KQİ” trestinin Qum adasında yerləşən Logistika bölümündə “məsləhətçi” vəzifəsində çalışan Ramiz Ağayev, öz işçilərinin verdiyi məlumata görə, ayda 1-2 dəfə işə gəlir. Onda da nərd oynamaq və vaxtını “səmərəli” keçirmək üçün. Sual yaranır: Neft Şirkətinin əmr və qərarlarının İsgəndər Şirəliyə aidiyyatı yoxdurmu, yoxsa Şirkət prezidenti Rövnəq Abdullayev bu adamdan qorxub-çəkinir?
Bundan başqa, Tresti bu sistemdə çalışanların təbirincə desək, “ailə şirkəti”nə çevirən İsgəndər Şirəli onun mövqeyi ilə üst-üstə düşməyən fikir sahiblərini ciddi şəkildə alçaldır, bəzən küçə söyüşləri ilə təhqir edir. İşçi təhqirə dözməyib yüngül etiraz edəndə dərhal “ailə ansamblı”nı işə düşür, onun öz “vəzifə öhdəliklərini ciddi şəkildə pozması” ilə bağlı akt hazırlanır, Trest rəhbərinin illərlə bura topladığı qohumlarına imza atdırılmaqla həmin “üsyankar” sistemdən kənarlaşdırılır”.
Redaksiyamıza göndərilən məktubda o da iddia olunur ki, hazırda Trestdə rəhbər və mütəxəssis vəzifəsində çalışanların yarıdan çoxu İsgəndər Şirəlinin qohumları və dostlarının övladlarıdır: “Əsas vəzifələrə ancaq onlar təyin olunur, fəxri adlara ancaq onlar layiq görülürlər. Ümumiyyətlə, daxili iclaslarda və toplantılarda İsgəndər Şirəlinin “özündən olmayan” müavinlərini və şöbə rəislərini bazar ədası və küçə əxlaqı ilə təhqir etməsi, söyməsi, alçaltması adi hal alıb.
Digər tərəfdən, yarandığı gündən (2007) Trestə rəhbərlik etməsi İsgəndər Şirəliyə 10 milyon manatlarla dövlət vəsaitini mənimsəmyə imkan verib. Təkcə onun oğlu Xəzər Şirəlinin İngiltərə və Şotlandiyada təkbaşına havaya sovurduğu pullar bütöv bir idarənin illik büdcəsindən çoxdur. Üstəlik, onun paytaxtımızın ayrı-ayrı yerlərində inşa etdirdiyi obyektlərin qiyməti ən azı 100 milyon manatlarla ölçülə bilər.
Bu araşdırmada sadaladıqlarımız İskəndər Şirəlinin qanunsuz əməllərinin və özbaşınalıqlarının yalnız kiçik bir qismidir. Düşünürük ki, belə bir adamın əməllərinin dövlət tərəfindən araşdırılması qaçılmaz və zəruridir. Nədən ki, İskəndər Şirəli kimi talançı məmurun iş başında qalması həm dövlətimizin, həm də dövlət başçısının imicinə ciddi zərbə vurur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=120987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 1234
567891011
12131415161718
19202122232425
2627282930