Peşə borcunu yerinə yetirən jurnalist amansızcasına döyüldü

29.10.2013 - 18:16

Milli Şuranın 09 oktyabr 2013-cü il tarixdə keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq 27 oktyabr 2013-cü il tarixli aksiyasında aktiv iştirak etdiyinə, aksiyanı ictimaiyyiləşdirməyə çalışdığına görə gənc jurnalist Elçin Mirzəyev döyülüb.
Belə ki, Elçin Mirzəyev aksiya başa çatdıqdan sonra yaşadığı ünvana piyada getdiyi zaman 2-3 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq mitinqə qatıldığına və aksiyanı işıqlandırmağa çalışdığına görə nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən gənc jurnalistə qarşı həmin şəxslər hücum edərək döyməyə başlayıb.
Onlar həmçinin E.Mirzəyev mitinqlərə qoşulmamağı, mətbuatda hakimiyyət əleyhinə yazılarına son verməyi tələb ediblər.
Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar jurnalisti həmin şəxslərin zorakılığından xilas ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
Ehtimal edilir ki, hadisəni hakimiyyətin siyasi sifarişini yerinə yetirşən şəxslər həyata keçirib. Onların hüquq-mühafizə orqanlarına bağlılığı istisna edilmir.
Xatırladaq ki, E.Mirzəyev müxalif media orqanlarında hakimiyyəti tənqid edən yazılarla çıxış edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930