Azər Süleymanovun Qida Agentliyində gizli planları: Abşeron baytarı baş rolda

09.07.2018 - 00:04

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb, keçən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Keçən ilin dekabrında isə məlum olduğu kimi Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin olundu. Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Qida Təhlükəsizliyi Agentliyi təzə yaransa da artıq qida təhlükəsizliyi sahəsində ilk addımlarını atmağa başlayıb. Lakin, burunlarında “qaz vurub, qazan doldurmaq” qoxusu qalmış bəzi şəxslərin Agentlikdə “özlərinə yer almaq” cəhdləri də mövcuddur. Bu proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Qida Təhlükəsizliyi Agentliyi və onun rəhbərinə qarşı kampaniyada baş rol alan şəxslərdən biri və birincisi, keçmiş baş baytar Azər Süleymanovdur. Ancaq bu barədə bir qədər sonra… Hələlik Azər Süleymanovun indiki durumu və keçmişi ilə bağlı bəzi məqamlara diqqət yetirək.
Yeni nazir, yeni dönəm və köhnə komandanın taleyi
Bu günlərdə kənd təsərrüfatı naziri İnam Kərimovun Qubada fermerlərlə gürüşü, xüsusən də heyvandarlıq üzrə fermer İldırım Məmmədovla əsil dövlət məmuruna layiq söhbətləri, fermerin min cür əzabla yetişdirdiyi quzunu əlinə götürməsi jesti ictimaiyyət arasında olduqca rəgbətlə qarşılandı. İldırım Məmmədov müsahibəsində belə yestin eks-nazir Heydər Əsədovdan görmədiyini, hətta bir vətəndaş olaraq qəbuluna belə düşə bilmədiyini bildirdi.
Bir dəfədə də olsun Azər müəllim fermerlərin, heyvandar işçilərinin yanında görünmədi. Səbəb isə aydındır. Azər bəy verilən məlumata görə keçirdiyi ağır əməliyyatdan sonra uzaq yola səfərə gedə bilmir. Dəbdəbəli kabinetini, asılqanda qalmış parıltılı xüsusi geyim formasından, idxal-ixrac, dərma preparatlarından gələn gəliri buraxıb rayonlara getmək ona sərf etmir. Çünki bilir ki, yerlərə gedəndə fermerlər yaxasından tutub, ölkəyə gətirdiyi keyfiyyətsiz vaksinin, effekti olmayan dərman preparatlarının, heyvanlarının ölməsinə səbəb olan brusellyoz, dabaq, qarayara, xlamidioz, yoluxucu dermatit xəstəliyinin haq-hesabını çəkəcək. Azər müəllim isə qazandığı haqqın hesabını, yalnız Heydər Əsədova verməyə bir növ adət etmişdir. Heydər Əsədov-Seyfəddin Talıbov (nazir müavini)-Azər Süleymanov tandeminin bu sahədə törətdikləri qanunsuz hərəkətlərin qarşısının alınmasında aidiyyatı dövlət qurumları bu günə qədər susqunluq nümayiş etdirdilər. Lakin ölkə başçısının qətiyyətli addımı nəticəsində İnam Kərimovun nazir təyin edilməsi Seyfəddin Talıbov və Azər Süleymanov mifinin sona çatmasına doğru gedir.
Azər Süleymanov “vuruldu” və “dirildi”
Uzun müddətdir ki, KİV –də adı korrupsiya, tender maxinasiyalarında hallanan, xarici vətəndaşların da təəccübünə səbəb olan paytaxt Bakımızı, eləcədə respublikanın rayon və şəhərlərin qəssabxanaya dönməsinə rəvac verən, iş adamlarına qənim kəsilmiş sabiq Kənd Təsərrüfatı Naziri Heydər Əsədovdan baytarlara “miras” qalmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin keçmiş rəisi Azər Süleymanova kənd təsərrüfatı naziri İnam Kərimov “qırmızı işıq” yandıraraq “Stop” dedi. Heydər Əsədovun çoxdan etməli olduğunu cənab İnam Kərimov bir əmrlə həll etdi. Göründüyü kimi nə qədər asan və sadə. Ona görə ki, İnam müəllim korrupsiya ilə mübarizınin “ASAN”laşdırma yolunu yaxşı bilir. Əgər bəzi vəzifəli şəxslər ona imkan versə… A. Süleymanovun vəzifədən getməsi baytarlıq mütəxəssislərinə sevinc gətirsə də, onlar Azər müəllimin məcburi göstərişi ilə maaşlarını da büdcədənkənar vəsaitə əlavə etdikləri üçün bu “bayram”ı layiqncə keçirmək imkanları olmadı. Düzdür onun yerinə bu sahədə kifayət qədər bilik və bacarığı olan Bayandur Rzayev gətirildi. Lakin, çox keçmədi ki, Azəri Süleymanovu əyalətdən gətirib, bu vəzifəyə layiq mütəxəssislərin başı üzərindən rəis vəzifəsinə “otuzduran” hansısa “Dəmir ƏL” du dəfə də İnam Kərimovu A. Süleymanovu Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəis müavini vəzifəsinə qaytarmağa məcbur etdi. Amma bu da yetərli deyil, “baytar kruqu”ndan cumhuriyyet.az-a daxil olan məlumata görə sabiq baş baytar indi başqa planlar qurur.
Qida Agentliyinə atılan qarmaq və “qara piar” əməliyyatı
A.Süleymanova yaxın çevrədən daxil olan məlumata görə, hazırki mövqeyi onu heç də qane etmir. Əvvəla, müavin kimi o əvvəlki qədər səlahiyyət sahibi deyil. Digər bir tərəfdən isə baytarlıq idarəsinin özü də müəyyən səlahiyyətlərini itirdiyindən şirnikləndirici görünmür. Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət işi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyətlər sözügedən agentliyə verilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Azər Süleymanovun da hədəfi yeni yaranan agentlikdə rəhbər vəzifə tutmaqdır. Əlbəttə, sabir baş baytar bu qurumda birinci olmağı maksimal məqsəd kimi görür, amma bu alınmazsa belə Agentlikdə müavin postuna gələrək baytarlıq və digər sahələrlə bağlı nəzarəti ələ keçirmək hədəflənib. Məlumata görə, bu istiqamətdə “yuxarı” səviyyələrdə lazımi danışıqlar aparılmaqla yanaşı, A.Süleymanov öz komandası ilə də anti təbliğat işləri aparmaqdadır.
Köhnə təcrübə köməyə gəlir
Onu da bildirək ki, A.Süleymanovun hansısa post sahibinə qarşı təbliğat apararaq məqsədinə çatmaq təcrübəsi kifayət qədərdi. Belə ki, cumhuriyyet.az oxuculara xatırladır ki, hələ sabiq nazir Heydər Əsədovun zamanında A.Süleymanov özündən əvvəlki xanım rəisə qarşı da eyni planlar qurmuşdu. Siyalə Rüstəmovanı özünə rəqib görən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov Kənd Təsərrüfatı naziri Heydər Əsədova oyunları qurub, naziri uşaq kim aldatmışdı. Əslində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Sumqayıt Baytarlıq Idarəsinin keçmiş rəisi nəyin qurbanı oldu? Nazir Heydər Əsədov öz kabinetində Siyalə Rüstəmovaya niyə Qurana əl basdırdı? Nazir Heydər Əsədov öz kabinetində Siyalə Rüstəmovaya hansı videonu göstərdi və Siyalə Rüstəmovnın nazirin kabinetində niyə ürəyi getdi? Bu sualların cavablarını yəqin ki, hamıdan yaxşı A.Süleymanov özü bilir. Maraqlıdır ki, iştirakçılar da dəyişməyib. Bizə daxil olan məlumata görə, Qida Agentliyinə qarşı A.Süleymanovun rəhbərliyi altında aparılan əməliyyatda baş rol Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi, Azər müəllimin tələbəlik dostu Tahir Avdullayevə həvalə edilib. Azər Süleymanovun və onun yaratdığı “pulyığanlar” qrupu üzvlərinin- Aydın Hüseynov, Tahir Abdullayev, Kamran Məmmədov, Oktay Həmidov, Mübariz Nəbiyevin, dayısı oğlu Elşadın və digərlərinin məlum planının detalları haqda növbəti yazımızda…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121223

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930