Demokratik seçki naminə meydanda olmalıyıq!

07.03.2018 - 14:02

Məntiqlə yanaşdıqda heç xalqımıza əlavə hansısa çağırış etməyə gərək qalmayıb. Mitinqin təşkilatçılarının çox samballı müraciətləri etiraz etmək əzmi olan insanlar üçün yetərli sayıla bilər. Həm də axı xalqımız çox müdrik xalqdır. Ağı qaradan, yaxşını pisdən, xeyiri şərdən, müsbəti mənfidən, tükü tükdən, buğdanı qılçıqdan seçir, başı daşdan-daşa dəyib, ləyaqətli yaşamağına əngəl olan hər şeyin fərqindədir. Odur ki real durumu öz məişətində, mənəviyyatında hiss edən bir xalqın bu haqlı çağırışlara biganə qalmayacağına inanmaqdan başqa variant ola bilməz.
Ölkədəki real durumu anlayan onminlərlə fəal insanlardan ən azı 30 mini meydana gəlmək iradəsi sərgiləsə bu çox ciddi oyanış adlanacaq. Mitinqə gəlib, ancaq meydana daxil olmağa qorxanların mitinqi kənardan izləməsi də yetərlidir. Bu, artıq uğur adlanacaq. Meydan dolub-daşsa, bu isə qələbənin bir addımlığında olmaq deməkdir.
Dəyərli həmvətənlərim! Əsas odur özünüzü azacıq yerinizdən tərpədib ictimai müstəviyə çıxasınız. Bundan alacağınız həzz, mənəvi rahatlıq və cəsarət hüdudsuz olacaq. İnanmırsınızsa, matın 10-da bir sınaqdan keçirin.
Əgər hələ meydana gəlmək istəmirsinizsə, bu da faciə deyil. Əsas odur bu qərarınıza görə gələcəkdə özünüz, ailəniz və övladlarınız adına ağır peşimançılıq keçirməyəsiniz. Niyə vaxtında etiraz edənlərlə birgə olmadım, deyib, üzülməyəsiniz. Əlinizdən heç nə gəlmirsə, o zaman heç olmasa meydana gələnlərə hər yerdə mənəvi dəstək verin. Onsuz da demokratik cəmiyyət uğrunda mübarizə aparan insanlar qələbə qazanmayınca nə susacaq, nə də dayanacaq! Cəmiyyətimizin bütün problemlərinin kökü demokratik seçkilərdən keçir. Hava şəraitindən asılı olmayaraq, demokratik seçki istədiyimizə görə yenə də meydanda olmalıyıq!

 

Short URL: http://www.cumhuriyyet.net/?p=121277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31