İosif Kobzon vəfat edib
Məşhur sovet və rusiyalı müğənni İosif Kobzon bu gün 80 yaşında Moskvada vəfat edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşının köməkçisi bildirib.
Qeyd edək ki, 2005-ci ildə İ.Kobzona xərçəng diaqnozu qoyulub. O, bu ilin iyunun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, bir neçə dəfə əməliyyat olunub və kimyaterapiya kursu keçib. İyulun 27-də müğənni süni nəfəs aparatına qoşulub.
Xatırladaq ki, Kobzon 1937-ci il sentyabrın 11-də Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərində anadan olub, uşaqlıqdan oxumağa başlayıb. Hələ 9 yaşı olarkən o, Kremldə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi İosif Stalinin qarşısında çıxış edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=122094