“Qarabağ”ın Avropa Liqasında keçirəcəyi oyunların təqvimi açıqlanıb
01.09.2018 - 11:23
“Qarabağ” futbol komandasının Avropa Liqasının qrup mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Azərbaycan təmsilçisi ilk və son görüşlərini səfərdə keçirəcək.
E qrupunun tam təqvimi:
20 sentyabr
“Sportinq” – “Qarabağ”
“Arsenal” – “Vorskla”
4 oktyabr
“Vorskla” – “Sportinq”
“Qarabağ” – “Arsenal”
25 oktyabr
“Qarabağ” – “Vorskla”
“Sportinq” – “Arsenal”
8 noyabr
“Vorskla” – “Qarabağ”
“Arsenal” – “Sportinq”
29 noyabr
“Qarabağ” – “Sportinq”
“Vorskla” – “Arsenal”
13 dekabr
“Sportinq” – “Vorskla”
“Arsenal” – “Qarabağ”
E qrupunda yer alacaq Azərbaycan çempionu ev matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
İlk matç oktyabrın 4-də İngiltərənin “Arsenal” klubu ilə baş tutacaq. “Qarabağ” həmin ayın 25-də Ukraynanın “Vorskla” klubunu qəbul edəcək. Hər iki görüşün start fiti saat 20.55-də çalınacaq.
Azərbaycan çempionu son ev oyununu noyabrın 29-da isə mərkəzi arenada Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirəcək. Bu görüş saat 21.55-də start götürəcək.
“Qarabağ” ilk səfər oyununu sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabondakı “Joze Alvalade” stadionunda “Sportinq”ə qarşı keçirəcək. Matçın start fiti Bakı vaxtı ilə saaat 23.00-da çalınacaq.
Qurban Qurbanovun başçılıq etdiyi kollektiv noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda “Vorskla”, dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı “Emirates” stadionunda “Arsenal”la üz-üzə gələcək. Bu görüşlər Bakı vaxtı ilə saat 24.00-da start götürəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=122129