XİN-dən “Mxitaryan” açıqlaması

01.09.2018 - 11:51

Biz futbol proseslərini qabaqlamaq istəməzdik. Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər.

Bunu  açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya – “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, – deyə H.Hacıyev əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=122171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728