Əliyevlərə məxsus banklar
Organized Crime and Corruption Reporting Project (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Tədqiqat Layihəsi) tərəfindən hazırlanıb və tərcümə edilib. (meydan.tv-nin səhifəsindən götürülüb)
Zahirən ölkə zəngin görünsə də, bu sərvətdən günü-gündən daha da çox borca girən 9.6 million vətəndaşa pay düşmür. Fevralın 1-ə olan məlumata görə sürətlə yüksələn yaşayış xərclərini ödəmək üçün 2.3 milyon nəfər bankdan kredit götürüb, bu göstərici ötən ilə nisbətən 17.7 % artıb. Bu banklar kimlərə məxsusdur?
Əliyevlərin bankları
İlham Əliyev 2003-cü ildə prezident olandan etibarən, Azərbaycanın aparıcı iqtisadi sektorlarda onun ailə üzvlərinin şəxsi maliyyə payları artmışdır. Onun övladlarının Bank sektoru ilə əlaqələri yalnız son illərdə aşkar edilib.
Şirkət qeydlərinə əsasən Ata Holding-in 75%-nə sahib olan şirkətlərdə Prezidentin övladları 29 yaşlı Leyla və 26 yaşlı Arzu pay sahibi, 18 yaşlı Heydər Əliyev isə əsas nəzarətçi kimi qeyd olunmuşlar. Ata Holding isə öz növbəsində iki bankın səhmlərinə sahibdir.
Bu bank qeydləri 2013-cü il, Dekabr ayının 31-ə aiddir. Hal-hazırda OCCRP 2014-cü ilə aid bütün hesabatları toplaya bilməyib, lakin artıq məlumdur ki, ən azı üç bankın aktivlərində kəskin artım müşahidə edilib- 2014-cü ildə Paşa Bank 40%, Ata Bank 56% və Xalq Bankda 31% artım qeydə alınıb.
Burada OCCRP-nin banklar üzrə məlumat və qeydləri göstərilir
Atabank – Ata Holding səhmlərin 76 %-ə nəzarət edir. Digər 15,9 %-i isə vergilər nazirinin müavini Kamil Əşrəfovun adı qeyd edilmişdir. Bundan öncəki OCCRP araşdırması Əşrəfovun Çexiya Respublikasında Əliyevin qızı Arzu üçün lüks daşınmaz əmlak satın-almasını aşkar edib.
Bank VTB – Ata Holding səhmlərinin 49 %-ə nəzarət edir. Səhmlərin əsas hissəsinə, 51 %-nə Rusiya Federasiyası hökumətinə məxsus Bank VTB ASC sahibdir.
Pasha Bank – Pasha Holding səhmlərin 60 %-ə nəzarət edir. Əliyevin qayın-atası səhmlərinin 10 %-ə nəzarət edir. Lakin Paşa Bankın son ictimai maliyyə hesabatına əsasən (30 iyun 2014), Əliyevin qızları bankın əsas sahibidirlər və fəaliyyətinə ortaq şəkildə nəzarət edirlər.
Kapital Bank – Pasha Holding Kapital Bankın səhmlərinin 99,8 %-ə nəzarət edir, bank sənədlərinə əsasən əsas sahibləri kimi Leyla və Arzu Əliyeva qeyd olunublar. Maliyyə institutu ilk dəfə 1874-cü ildə fəaliyyətə başladığını və Bakıda yaradılmış ilk qənaət bank olduğunu iddia edir.
Xalq Bank – 2012-ci ildə Crowe Horwath tərəfindən keçirilən müstəqil audit hesabatında Ideal Biznes Ko MMC (50 %), Yevro Standart MMC (34 %) və Avangard-1 MMC (16 %) Xalq Bankın səhmdarları kimi qeyd edilmişdir. Lakin, əsas sahibkarın L. Əliyeva olduğu göstərilmişdir. Bank 2004-cü ildə, İlham Əliyev ilk Prezident seçildikdən sonra yaradılmışdır.
Silk Way Bank – Arzu Əliyeva Silk Way Bank səhmlərinin 29 %-nə nəzarət edir. Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov Silk Way Bank səhmlərinin Arzu Əliyevaya aid olduqlarını təsdiqləyib. Bank Silk Way Airlines və bir sıra hava şirkətləri ilə yanaşı SW Holding konglomeratının tərkib hissəsidir və birinci ailəyə aiddir. Birinci ailə tez-tez şəxsi səfərləru üçün Silk Way təyyarələrindən istifadə edir.
Expressbank – ADOR MMC səhmlərin 42 %-ə nəzarət edir. 2013-cü ilin audit hesabatı bankın əsas səhmdarı kimi ADOR MMC göstərmişdir. ADOR şirkətinin hüquqi ünvanı Səməd Vurğun 7, Bakı şəhəridir. Bu ünvanda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları Leyla və Arzu qeydiyyatdadırlar.
Azərbaycan Sənaye Bankı – Azərbaycan Sənaye Bankının 94% səhmlərinə sahib Anadolu İnvestisiya Şirkəti də Səməd Vurğun 7 ünvanında qeydiyyatdan keçib. 2008-ci ildə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmaya görə Anadolu şirkətinin təsisçilərindən biri Əliyevlər ailəsinin biznesini idarə edən və prezidentin qızının Britaniyanın Virgin Adalarında üç offşor şirkətlərini qurmuş Həsən Gözəlin qardaşı qızıdır.
Bundan əlavə, hökumət rəsmiləri, onların ailə üzvləri və Prezident İlham Əliyevin yaxın əməkdaşlarının daha altı bankda mülkiyyət səhmləri var.
İlkin Əlili
Short URL: http://www.cumhuriyyet.net/?p=122792