Ölkənin bir nömrəli korrupsioneri prezident İlham Əliyevdir!

03.05.2016 - 23:21

Əliyevlər sülaləsi 23 ildir Azərbaycan xalqının başını yalançı vətənpərvərlik hissləri ilə aldatmağa çalışır. Və etiraf etmək lazımdır ki, buna onlar demək olar ki, nail ola biliblər. Sabahı günü Mərkəzi Bank 1 dolları 5 manat səviyyəsinə qaldırsa da, yaltaqlardan ibarət olan bütöv bir nəsil səsini də çıxarmaz.
22 ildir Əliyevlər sülaləsi Dağlıq Qarabağ və ətraf 7 rayon münaqişəsini ölkəmizin 1 nömrəli problemi olduğunu qeyd edir. Lakin bu problemin həll edilməsi üçün Əliyevlər sülaləsi hər hansısa iş görə biliblərmi? Bu 22 ildə 22 kənd, heç deyilsə 22 metr ərazi azad olunubmu?
Hər il Dövlət büdcəsindən hərbi sahəyə 1 milyard 300 milyon dollar civarında vəsait ayrılır. Bunun yalnız 10%-i əsgər və zabitlərin tələblərinin ödənilməsinə sərf edilir. 80%-lik hissəsinə yeni silah-sursat, tank, helikopter, artilleriya qurğuları və digər texnika alınır. Azərbaycan Dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsait Ermənistanın ümumi Dövlət büdcəsindən artıqdır. Lakin bu qədər bahalı texnika və silah-sursat kimə lazımdır? 22 ildir 22 metr torpaq azad etməyən Əliyevlər sülaləsi növbəti 22 ildə Qarabağ torpaqlarının azad olunması yolunda hər hansısa addım atacaqlarmı? XEYR! Çünki İlham Əliyev o qədər zəif iradəyə və kövrək xarakterə malikdir ki, öz sözünü heç bir iri və orta məmura, hətta öz həyat yoldaşına da keçirə bilmir.
Əmin ola bilərsiz ki, son 22 ildə Əliyevlər sülaləsinin toparladığı bu qədər silah-sursat və texnika gələcəkdə ola biləcək xalq üsyanlarının qarşısını almaq üçün istifadə ediləcəkdir.
Bundan savayı, Dağlıq Qarabağ və ətraf 7 rayon münaqişəsində Azərbaycan beynəlxalq mövqelərini itirməyə başlayıb. “Amnesty International” təşkilatı 2015-ci ilin yekunlarına dair Cənubi Qafqaz regionunda de-fakto 6 dövlət və ya dövlət qurumunun olduğunu bildirib. Və onları siyasi, sosial və iqtisadi azadlıqların səviyyəsinə görə bu cür qruplaşdırıb:
1. Gürcüstan – tam azad;
2. Ermənistan – yarım azad;
3. Abxaziya – yarım azad;
4. Cənubi Osetiya – yarım azad;
5. Dağlıq Qarabağ – yarım azad;
6. Azərbaycan – azad olmayan.
Azərbaycanın bu siyahıda son sırada olmasının yeganə səbəbi İlham Əliyev diktaturasının son 13 ildə həyata keçirdiyi vəhşi repressiya siyasəti və Dövlət büdcəsini məharətlə talan etmək qabiliyyətidir.
Bu səbəblərə görə Azərbaycan diktatura altında idarə olunan azad olmayan ölkə kimi demokratiyaya yaxınlaşan Ermənistan və Dağlıq Qarabağa təzyiqlər edə bilməz. Çünki Azərbaycanda öz vətəndaşlarını, Azərbaycanlıları günahsız olaraq həbsxanalara dolduran İlham Əliyev diktaturası Qarabağ geri qaytarılacağı halda ordakı ermənilərə hansı zülmlər edəcəyi bütün beynəlxalq ictimaiyyətə bəllidir.
Buna görə də unutmayın ki, İlham Əliyev diktaturası və Paşayevlər klanı bu gün AZƏRBAYCANIN 1 NÖMRƏLİ PROBLEMİDİR!
İlham Əliyevin məntiqi: Azərbaycan xalqının sərvətlərini dəyər-dəyməzə satmaq, qazandığı pulları isə havaya sovurmaq.
İlham Əliyev diktaturası TERRORİST və MAFİOZ BİR TƏŞKİLATDIR. Və bu təşkilat artıq 23 ildir ki, Azərbaycanı istismar edir, ölkəni səfalət və aclığa tərəf itələyir. Azərbaycanda istənilən rüşvətin və yeyintinin müəyyən faizi sonda İlham Əliyevin və Paşayevlər klanının büdcəsinə gedib çatır. Çünki bu ölkənin bir nömrəli korrupsioneri prezident İlham Əliyevdir!

İlkin Əlili

Short URL: http://www.cumhuriyyet.net/?p=122805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728