TİA.AZ 9 yaşında – mediada ilklərdən…

06.10.2018 - 12:09

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 9 yaşı tamam olur. Xatırladaq ki, TİA.AZ 2009-cu il, oktyabırın 6-da fəaliyyətə başlayıb. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu, həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin TİA.AZ xəbər portal olaraq, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi. Bu illər ərzində TİA.AZ ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə hər zaman dəqiqlik və operativlik nümayiş etdirir. Bu gün Azərbaycan internet məkanında xəbər saytlarının sayı artmaqdadır.

TİA.AZ da bu 9 il müddətində yeniliklərlə oxucuların xəbərə tələbatını ödəməyə çalışıb. TİA.AZ vətəndaş şikayətlərinin araşdırılmasında və cəmiyyəti narahat edən problemlərin işıqlandırılmasındax xeyli işlər görüb. Bundan əlavə mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız da TİA.AZ-la əməkdaşlıq edir. TİA.AZ bu sahəyə yeni gələn yazarlara dəstək olur, onların ilk qələm təcrübələrinə portalımızda yer verir. TİA.AZ-ı ,sonradan məşhur olan bir çox jurnalistlərə təcrübə yığmaq,püxtələşmək üçün bir məktəb də hesab etmək olar.

Bu günə qədər bu xəbər portalında çalışan hər bir həmkarımıza dərin təşəkkürümüzü bildirir və bu gün münasibətilə kollektivimizdə hər kəsi təbrik edirik!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123449

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031