«Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq» — Qazaxdakı uşaq baxçasından edilən şikayətə əlavələr edildi

08.10.2018 - 13:24

Hər bir millətin, hər bir ölkənin ən dəyərli sərvəti uşaqlardır. İstənilən cəmiyyətdə uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji vəzifədir. Uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi, siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir.

Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan cəmiyyətində ailəyə, uşağa məhəbbət xalqımızın milli təfəkküründən qaynaqlanır. Ölkəmizdə uşaqlar dövlət və cəmiyyət tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar.

Uşaq hüquqlarının həyata keçirilməsi üçün görülən işlərdən danışan Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan parlamenti də bu sahədə öz səlahiyyətləri daxilində kömək göstərməyə çalışır. Bu gün ölkəmizin uşaq hüquqları sahəsində ən müasir tələblərə uyğun olan qanunvericilik bazası formalaşdırılmışdır. İndiyədək Milli Məclis bilavasitə uşaq hüquqları ilə bağlı olan 10-dan çox qanun, bütövlükdə isə uşaq hüquqlarına bu və ya digər dərəcədə toxunan 72 qanun və 11 məcəllə qəbul etmişdir. Uşaq hüquqları sahəsində bir çox beynəlxalq konvensiyalar və sazişlər təsdiq edilmişdir.
Qazax şəhər 3 saylı uşaq baxçası-körpələr evində baş verən qanun pozuntuları ilə bağlı valideyn Əzizə İsmayılovanın şikayəti heç də birmənalı qarşılanmayıb. Baxçalardakı rüşvət halları Qazaxı “bürüyübmüş”. Redaksiyaya edilən zənglər, verilən xəbərlərdə o da bildirilir ki, baxçanın müdirəsi Asya Alhüseynova hazırda Bakıda əmək məzuniyyətindədir. Onu əvəzləyən Kəmalə Sanıyavaya baxçadakı boş yerlərə uşağın götürülməsi üçün 50 mantın alınmasını da o tapşırıq veribmiş. Onu da qeyd etdilər ki, Qazaxın icra başçısı 3 saylı baxçanın açılışı zamanı qrupda 20 nəfər şagirdin olduğunu bilərək, ancaq 15 nəfər uşağın davamiyyətli olmasını soruşduqda, kişini aldadıblar. Bildiriblər ki, “uşaqlar xəstələniblər”. Lakin sonradan həmin boş yerlərə 50 manat şirinlik alınaraq baxçaya uşaq götürülüb. Baxçada müdirəsini əvəz edən Kəmalə Sanıyeva öz yerinə isə müvəqqəti olaraq qızını işlədir. Onu da bildirdilər ki, məzuniyyətdə olan Asya Alhüseynova onu əvəzləyən Kəmalə Sanıyevaya Bakıdan sifariş göndərib ki, “ mən gəlməmiş baxçaya 1 nəfər də olsun uşaq qəbul etmə.” Buradan da aydın olur ki, Asya xanımı baxçaya uşağının düzəldilməsində get-gələ düşən valideynlərin yorğunluğu deyil, onların şirinliyi maraqlandırır.

Baxçaların taleyi Qazax rayon İcra Hakimiyyəti Başçısının xanım müavini Gülayə Həsənovanın kurasiyasındadır. İcra başçısına bağçalar haqqındakı yanlış məlumatları başçıya o çatdırır. İxtisası düz gəlməyən kardları baxçaya hərəsini bir bəhanə ilə işə götüzdürür. Elə olur ki, Gülayə Həsənovanın marağında olan kadr icra başçısını qəbuluna salınır. Öyrədildiyi kimi başçının yanında ağlayıb, sızlayır. Kadrın bu halına acıyan icra başçısı bu işə nəzarət edən Gülayə Həsənova ilə məsləhətləşir. Bu iş başadan razılaşdırıldığından Gülayə Həsənova da müsbət rəyini bildirir. Beləcə kmiliyindən, bacarığından və ixtisasından asılı olmayaraq kadrlar baxçaya işə düzəldilir.
Onu da bildirdilər ki, hansı valideynsə yerin niyə olmamsından şikayətlənən də həmin valideynə başqatmaq üçün guya uşaqlarını baxçaya düzəldəcək vətəndaşaların növbəlik cədvəlini göstərirlər. Bu da bir oyundu.

Tez-tez mətbuat səhifələrində “Qazaxda rüşvət yoxdur” deyənlər onu da unutmasınlar ki, rüşvət yığımında rayon öz “partizan həyatı”nı yaşayır.
Atalardan belə bir deyim də var: “Öyrənən can durmaz”.

Qarşı tərəfin fikrini də dinləməyə və dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031