SOCAR rəhbərliyi STAR-da çalışan gənc azərbaycanlılarla görüşüb

19.10.2018 - 08:54

rr SOCAR prezidenti Rövnəq Abdullayev Əliağa yarımadasında nəhəng layihə olan STAR Neft Emalı Zavodunun açılışı ərəfəsində burada çalışan gənc azərbaycanlı mütəxəssislərlə görüşüb.
“Report” xəbər verir ki, gəncləri Müstəqillik Günü münasibəti ilə təbrik edən SOCAR prezidenti bu gənclərin inkişafı üçün yaradılan şəraitin məhz müstəqilliyimizin əldə edilməsi sayəsində mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Bakı Ali Neft Məktəbini yüksək qiymətlərlə bitirən gənc azərbaycanlılar indi SOCAR-ın Türkiyədəki müəssisələrində çalışaraq, dəyərli təcrübə əldə edirlər.
Xatırladaq ki, STAR-ın açılış mərasimi sabah keçiriləcək. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=123872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728