Azərbaycan və Ermənistan XİN rəhbərləri dekabrda görüşəcək

02.11.2018 - 15:27

“Bakı ilə Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

“Gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçiriləcəyinə ümidvarıq. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimadı artırma tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”, – rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Baş katibi Tomas Qreminger Moskvadakı brifinqdə Dağlıq Qarabağ münaqişəsinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milan görüşündə müzakirə olunması nəzərdə tutulduğunu bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930