Poliklinikanı qaz iyi bürüdü, həkimlər huşunu itirdi – Təcili
Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib – binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb. Baş həkim Tamella Kərimova dərhal işi dayandırıb, işçilər təxliyə edilib, bu barədə Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verib.
Virtualaz.org-a faktı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib. Onun sözlərinə görə, mühasib də daxil olmaqla 7 nəfər zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar.
Hhüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.
Respublika Taksikologiya Mərkəzinə aparılan tibb işçilərindən 3-ü evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, gətirilənlərin hamısı kəskin baş ağrısından şikayətləniblər.
“Tibb işçilərindən əlavə, poliklinikaya gəlmiş 2 nəfər də Respublika Toksikologiya Mərkəzinə aparılıb, amma onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda 4 nəfər qalıb ki, onların da vəziyyəti normaldır, yaxın saatlarda evə göndəriləcəklər”, – Abubəkirov deyib.
Hazırda kəskin iyin səbəbi araşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=124381