"Azercell" cibimizə necə girir

05.02.2014 - 18:56

Mobil operatorlar vətəndaşa necə ziyan vurur?

Mobil operatorlar vətəndaşa necə ziyan vurur?
 
Mobil rabitə xidmətləri gündəlik həyatımızın bir hissəsi olduğundan bu sahədəki problemlər daim aktualdır. Son günlərdə “Azercell” abunəçilərinin danışıq kartlarındakı səthin tam pozularaq korlanmasından şikayətləri artıb.
Ayrı-ayrı vaxtlarda aldıqları 1 və 3 manatlıq danışıq kartlarını silərkən kodun da pozulmasına şahid olublar. Lakin bu zaman kəsici və digər dəmir alətlərdən istifadə edilməyib. Vətəndaşlar bunu kartların keyfiyyətsiz istehsalı ilə əlaqələndiriblər.  
Qeyd edək ki, belə problemlər bütün mobil operatorların xidmətində ortaya çıxır. Lakin bu zaman müştərilərin hüquqlarını təmin etmək məqsədilə yaradılan “Müştəri xidmətləri”nə yaxınlaşaraq korlanan danışıq kartlarını balansa yükləmək mümkündür. Həmin xidmətlər isə hər yerdə əlçatan deyil. Yəni, danışıq kartını yükləmək üçün ətraf qəsəbələrdən şəhərə gəlmək məcburiyyətində qalan şəxs bunun üçün nə qədər vaxt və əlavə yol xərci sərf etməlidir. Bu isə hər zaman mümkün olmur və vətəndaşlar ödədikləri vəsaiti itirmək məcburiyyətində qalırlar. Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin aşağı düşməsi isə mobil operatorun abunəçisini itirməsi ilə nəticələnə bilər. Lakin eyni problemlər bütün xidmətlərdə yaşandığından vətəndaşların seçim etmələri də əngəllənir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da kartların keyfiyyətsiz buraxılmasını istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, son vaxtlar danışıq haqlarının səbəbsiz yerə silinməsi ilə bağlı müraciətlər də artıb.
Abunəçilərin narazılıqlarına aydınlıq gətimək üçün “Azercell” şirkətinə müraciət etdik. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, abunəçilərin korlanan kartlarla bağlı heç bir narazılığı qeydə alınmayıb: “Qeyd etdiyiniz məqamla bağlı bildirmək istərdik ki, məbləğ kodlarının pozulma halları daha çox abunəçilərin ödəmə kartlarındakı səthi iti alətlərlə (bıçaq, açar, qayçı ucluğu) pozmağa çalışarkən baş verir. Bu zaman kartın kağız səthi də pozula bilir. Hal-hazırda abunəçilər tərəfindən həmin kartların istifadəsi ilə bağlı narazılıq halları qeydə alınmayıb. “Azercell” şirkəti isə öz növbəsində, hər zaman abunəçilərə təqdim olunan məhsulun keyfiyyətinin daha da artırılması üzərində çalışır”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12449

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930