"Azersun"un şəkər tozu xərçəng yaradır…?

05.02.2014 - 19:01

Son illər sayı getdikcə artan onkoloji xəstələr, artıq Azərbaycanı böyük bir “xərçənglilər” ölkəsinə çevirib

Son illər sayı getdikcə artan onkoloji xəstələr, artıq Azərbaycanı böyük bir “xərçənglilər” ölkəsinə çevirib

Səhiyyəmizin zəifliyi həkumlərimizin savadsızlığı nəticəsində isə, hər il minlərlə onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşımız, sağalmaq ümidi ilə Rusiyaya, İrana, Türkiyəyə, İsrailə və Almaniyaya üz tuturlar.
Arasında nə təəssüf ki, qohumlarımızın və yaxınlarımızın da olduğu bu “xərçənglilər” ordusuna qoyulan diaqnozlar, xaricdə onlara həkimlərin dediklıri və verdiklıri məsləhətləri analiz edərək belə bir nəticəyə gəldik ki, xalqımıza qarşı dəhşətli bir ərzaq terroru həyata keçirilməkdədir.
Bizə bu məsələ ilə bağlı hələlik adının çəkilməsini istəməyən bir ekspert müraciət etdi və bildirdi ki, o, artıq bir müddətdir Azərbaycanda onkoloji xəstəliklərinin sürətlə artmasının səbəblərini araşdırır. Həmin ekspertin fikirlərini olduğu kimi oxucularımızın diqqətinə cəlb edirik:
“50 onkoloji xəstə arasında apardığımız sorğu, onlara xaricdə qoyulan diaqnozların və onkoloqların verdiyi məsləhətlərin analizi dəhşətli bir vəziyyəti ortaya qoyub. Azərbaycanda onkoloji xəsətələrin sayının durmadan artmasının əsas səbəblərindən biri qida sektorunda çalışan şirkətlərin daha ucuz xammaldan istifadə etməklə daha çox qazanmaq istəklərinin nəticəsidir.
Artıq bütün dünyanın onkoloqları qəti müəyyənləşdiriblər ki, xərçəng xəstəliyini yaradan əsas səbələrdən biri qida məhsullarında sümük tozundan istifadə edilməsidir. Bizim araşdırmalarımız zamanı isə məlum oldu ki, Azərbaycanda qida sektorunda çalışan bir çox şirkətlər istehsal etdikləri məhsulda bir çox kimyəvi pereparatlardan istifadə etdikləri kimi, sümük tozundan da istifadə edirlər. Ən dəhşətli vəziyyətlərdən biri isə “Azersun Holdinq”ə məxsus olan İmişli şəkər zavodundadır.
Bizim İmişli şəkər zavodunda apardığımız araşdırma vahiməli bir vəziyyəti ortaya qoydu. Bu gün oxucularımıza araşdırmamızın ilkin və amma çox vahiməli nəticələrini açıqlayırıq.
Bizim araşdırmamızı nəticəsində İmişli şəkər zavodunda şəkər çuğundurundan alınan toz şəkərin nə az nə çox, düz 50%-nin heyvan sümüyünün üyüdülməsindən alındığı ortaya çıxıb. Şəkər zavodunun texnoloqlarının bizim mənbəyə verdiyi məlumatda, respublikanın dörd bir tərəfindən hər gün yüzlərlə ton sümüyün İmişli şəkər zavoduna gətirildiy, buradakı xüsusi sexdə üyüdülərək daha sonra şəkərə qarışdırılaraq satışa göndərildiyi məlum olub. Sümüklərin bütün növ heyvanlara, kolbasa sexlərindən gətirilmiş inək, donuz, eşşək, at, çamış və ya öküz kimi heyvanlara aid olduğu bildirilir.
Mənbənin bizə bildirdiyinə görə, əksər hallarda üzərində ət qalığının olduğu sümüklər zavoda gətirildiyində, bütün sexi leş iyi bürüyür. sümüklər xlorda isladıldıqdan sonra üyütmə dəzgahına verilir və daha sonra oradan çıxarılaraq şəkərə qatılmaq üçün lentlərlərlə doldurma konteynerinə ötürülür.
Onkoloji xəstələyin artmasının ən əsas səbəblərindən biri kimi, xarici həkimlər sümük tozunu göstərdiyini görə, İmişli şəkər zavodundakı vəziyyət millətimizin və vətəndaşların genefondunu kəsmək niyyəti kimi dəyərləndirilməlidir. Araşdırmamız davam edir.
Onu da qeyd edək ki, Azərbaycan əhalisinin qida vasitəsi ilə zəhərlənməsi təkcə şəkər tozu ilə həyata keçirilmir. Bir çox qida məhsullarının istehsalında da xərçəng xəstəliyini yaradan zəhərli xammallardan, həmçinin kimyəvi konservantlardan istifadə olunur. Həmin qida məhsullarını araşdırıb Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq”.
Məsələyə aydınlıq gətirmək üçün “Azersun Holdinq”in mətbuat xidmətinə telefon açdıq. Mətbuat xidmətinin rəhbəri Afiq Səfərov telefonu açmadı və bir nesə dəqiqədən sonra sms vasitəsiilə Tükiyədə olduğunu bildirdi.
Məsələninin mili təhlükəsizlik məsələsi olduğunu diqqətə alaraq hesab edirik ki, əlaqədar dövlət qurumları bu məsələ ətrafında detallı araşdırma aparmalı və nəticələri ictimaiyyətə çatdırmalıdır…
“Azersun Holdinq”in mətbuat xidmətinin nümayəndəsi Fuad Həsənov isə saytımızla əlaqə saxlayaraq irəli sürülən iddiaları cəfəng adlandırdı və bildirdi ki, bu iddaların heç bir əsası yoxdur

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12450

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031