Gülər Əhmədova "torba tikir"

06.02.2014 - 17:29

“Gültəkin Hacıyeva bilsin ki, ona qarşı çox yumşaq, mənə qarşı çox sərt davranıblar” 
“Mən Milli Şuranın üzvlərini dəfələrlə məhkəməyə dəvət etmişəm ki, gəlib prosesdə iştirak edib, sonra fikir bildirib, bəyanata versinlər”.
APA-nın məlumatına görə, bunu Gülər Əhmədova bu gün Apellyasiya Məhkəməsində keçirilən növbəti prosesdən sonra jurnalistlərə bildirib. G. Əhmədova deyib ki, əqidəsini qoruyan adam həm iqtidarda, həm də müxalifətdə qiymətli olur: “Mən bilirəm o bəyanatın müəllifi kimdir. Gültəkin Hacıbəyliyə müraciət edib, demək istəyirəm ki, tutulmağa qalsaydı, Gültəkin Hacıbəyli tutulmalı idi. Mənə qarşı nə şahid, nə zərərçəkən var. Gültəkin Hacıyeva bilsin ki, ona qarşı çox yumşaq, mənə qarşı çox sərt davranıblar”.
Qeyd edək ki, Milli Şuranın bir neçə gün əvvəl yaydığı bəyanatda bildirilib ki, iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin bütün əmlakına həbs qoyulduğu halda, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmayıb.
Görünür, Gülər Əhmədova türmədə özünə yoldaş axtarır. Həm də deputat olmuşвЂ¦ Heç kimə gücü catmadığından, Milli Şuranın üzvü olandan sonra iqtidarın hədəfinə düşən Gültəkin Hacıyevanın adını çəkir. Bununla həm də göstərmək istəyir ki, “içəridə də” çöldəki ağalarına qulluq edir. Bu onu tam xilas edəcəkmi, söyləmək çətindir. Ancaq “mandat alverçisini” vaxtından qabaq buraxmaq üçün işin getdiyi müşahidə olunmaqdadır.
Eyni zamanda Gülər Əhmədovanın aşıqlaması göstərir ki, onun əmlakına həbs qoyulması”əqidəsini dəyişməməsi ilə” bağlıdır. Maraqlıdır, qanunvericiliyə cinayət edən YAP-çılara əlavə üstünlüklər verən maddələr salınıb?

Vaqif, azpolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=12457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031