"Akkord" rəsmən Paşayevlərin nəzarətinə keçdi

06.02.2014 - 23:29

Tikinti
korporasiyasının istiqrazlarını iki bank alıb

 

“Akkord” korporasiyası 50 mln manatlıq ikinci
istiqraz emissiyasını tam yerləşdirib. Bu, şirkətlərin kapital bazarına kapital
üçün müraciət etdiyi nadir hallardandır. 
“Akkord” Korporasiyasının korporativ istiqrazlarının ikinci emissiyası çərçivəsində
hər birinin nominal dəyəri 1.000 manat, məcmu nominal dəyəri 50 mln  manat, gəlirlik dərəcəsi isə 11,75% təşkil edən
50 min istiqraz dövriyyəyə buraxılıb.

Korporasiyada Turan-a bildiriblər ki,  istiqrazlardan 15. minini “AtaBank”,  35 minini “Azərbaycan Beynəlxalq Bankı” ASC
alıb. Dövriyyə müddəti 3  il təşkil edən
istiqrazlar üzrə marketmeyker “Azərbaycan Beynəlxalq Bankı” ASC-dir. Məlumat
üçün bildirək ki, hər iki bank Paşayevlərin nəzarətindədir.

Xatırladaq ki, “Akkord” korporasiyası tərəfindən
istiqrazların birinci emissiyası 2010-cu ildə həyata keçirilib. Birinci
emissiyada hər birinin nominal dəyəri 1 min 
manat, məcmu nominal dəyəri 50 milyon manat, gəlirlik dərəcəsi isə 12,5%
təşkil edən 50 min istiqraz buraxılıb. Həmin istiqrazların dəyəri 2013-cü ilin
noyabr ayında “Akkord” Korporasiyası tərəfindən tam ödənilib. Korporasya ölkədə
aparıcı tikinti və sənaye şirkətlərindəndir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930