"İnşallah, cənnətdə görüşəcəyik…"

07.02.2014 - 12:20

ŞƏHİDİN 69 SÖZDƏN İBARƏT VİDA MƏKTUBU

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu cümlələri və onun müəllifi olan Qəhrəmanı tanıtdırmağa ehtiyac yoxdur. Şəhid Mübarizin şəhadəti qədər bəlkə də topluma dirilik verir bu cümlələr. Çoxdan unutdurulmuş həqiqətləri yada salan cümlələr. Yağ kimi ürəyə yayılan cümlələr. Bal kimi şirin olan cümlələr. Ata, ana, cənnət, dua, Vətən, Allaha xatirlik, şəhid, ibadət, sədəqə, seyyid, halallıq – nur tutumlu sözlər. 69 sözdən ibarət bu əlvidalaşmada bu qədər işıq və nuraniyyət saçır.
Bu gün xalqdan uzaq düşmüş ekspertlər, siyasilər, vətəndaş cəmiyyətinin fəalları, ziyalılar bu 69 sözdən ibarət əlvidalaşmaya nəzər salsalar və təhlil etsələr, çox şey mənimsəyərlər. Xalqdan çıxan və xalqın sevdiyi bir şəhidin dili hər şeyi izah edir. Bu toplumun dəyərlərini. Bu toplumun Bayrağını.
Bu gün Şəhid Seyyid Mübarizin ad günüdür. Allahın salamı olsun ona və cəmi şəhidlərimizə!

Short URL: http://www.cumhuriyyet.net/?p=12460

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930