"Məni öldürmək istəyirlər"

07.02.2014 - 17:58

Əli İnsanov məhkəmədə yeni “bombalar” partlatdı

 
 

Keçmiş səhiyyə naziri Əli İnsanovun Bakı Apelyasiya Məhkəməsində növbətio məhkəmə prosesi keçirilib. İnsanov yenə şüşə kabinəyə salınıb.
Bu dəfəki prosesi izləyənlər sırasında Milli Şuranın sədri Cəmil Həsənli də iştirak edib. Əli İnsanov məhkəmə zalına gətirilərkən Cəmil Həsənli ilə görüşüb və deyib: “Demokratiya meşə yanğını kimidir. Artıq Azərbaycan sərhədlərinə yaxınlaşır. Çox az qalıb…”.
İnsanov çıxışına başlayanda isə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovu 75 illik yubileyi münasibəti ilə təbrik edib, lakin hakim onun təbrikini yarıda kəsib. İnsanov “Əvvəlcə icazə verin, böyük azərbaycanlı Rüstəm İbrahimbəyovu təbrik edim…” deyənm kimi hakim düyməni basaraq onun səsini batırıb.
Ümumiyyətlə, bu dəfə də hakim İnsanova fikirlərini axıra çatdırmağa imkan verməyib. Xüsusən də İlham Əliyevin, Mehriban Əliyevanın və onların yaxın qohumlarının adları çəkilən kimi hakim düyməni basaraq onun səsini batırıb. Buna baxmayaraq Əli İnsanov bir sıra ifşaedici açıqlamalar verib:
– Mənim dövrümdə 59 səhiyyə müəssisəsi özəlləşdirilib. Niyə onlardan 31-i haqda araşdırma aparılıb, qalan 28-i haqda yox. Çünki o 31 obyekt bir otaqdan, uzağı 100 kvadratdan ibarət, uçuq-sökük obyektlər olub və onları da kasıb-kusub özəlləşdirib. Amma şəhərin mərkəzində iri-iri obyektləri, hektarlarla sahəsi olan müəssisələri prezidentin ailə üzvləri özəlləşdirib…
– 50 min obyekt özəlləşdirilib. Bu özəlləşdirmədən büdcəyə cəmi yarım milyard manat pul gedib. Bəs 30 milyard hara, kimlərin cibinə gedib?…
– Gör nə gündədirlər ki, mənim kimi əli-qolu bağlı vətəndaşdan qorxurlar. Qorxumrlar e, üyüdürlər. Bunların məni öldürmək planı var…
– Tutaq ki, mənim hər hansı işçim rüşvət alıb. Buna görə mən həbs olunmalıyam? Olunmalıyamsa, onda məni vəzifəyə təyin edən İlham Əliyev niyə həbs olunmur?..

davamı hazırlanır…

Short URL: http://www.cumhuriyyet.net/?p=12463

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930