Azərbaycan meyxanaçıları Ukrayna demokratlaına "yox" dedi

09.02.2014 - 02:19

 Qardaşlar Maydanda “Tı kto takoy, davay do svidaniya” oxumaqdan imtina edib 

Qardaşlar Maydanda “Tı kto takoy, davay do svidaniya” oxumaqdan imtina edib 
Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb. Müxalifət partiyalarından biri bu xüsusda Ehtiram və İntiqam Rüstəmov qardaşlarına dəvət göndərib. Cumhuriyyət.az bildiririr ki, bunu ANS-ə “Tı kto takoy, davay do svidaniya”nın müəlilfləri özləri bildirib. 

Qardaşlar Ukrayna dəvətini hələlik müsbət dəyərləndirməyiblər. Onlar ehtiyatlanırlar ki, dəvəti qəbul edəcəkləri təqdirdə, bu başqa bir dövlətin siyasi işlərinə qarışmaq kimi yozula bilər. Amma bununla belə işlərini ehtiyatlı tutub Ukrayna dilində bir-iki söz öyəniblər. Yəni, olmadı elə, oldu belə.Meyxanaçılardan təklif müqabilində onlara nə vəd edildiyini də soruşduq. Məlum oldu ki, Ukrayna müxalifəti qardaşlara üç gün üçün 20 min avro pul vəd edib. Meyxanaçılar isə düşünür ki, pul hər şeyi həll etmir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=12466

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930