Kəmaləddin Heydərovun “Paşayevlər planı”

11.11.2015 - 16:05

Fövqəlnazir hakimiyyətdaxili savaşda cəbhə dəyişir

Son günlər,
xüsusilə qalın qardan sonra, məcazi mənada desək, bəzi nazirlik və komitələrin və
onların rəhbərlərinin “ayağı sürüşəndən” sonra fövqəladə hallar naziri Kəmaləddin
Heydərov ayağını yerə daha bərk basdı.
Ən əsası ona görə ki, K.Heydərovun iqtidar içindəki rəqibləri qar imtahanından kəsildilər və fövqəlnazirdə bu fürsəti qaçırmadı. Qarın elə ilk günlərindəcə Kəmaləddin
Heydərov geniş müşavirə keçirib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin inzibati binasında baş tutan müşavirə digər məmurların keçirdiyi
müşavirədən bir sıra cəhətləri ilə fərqlənib. Əvvəla, bu müşavirədə “hər şey
yaxşıdır” ritorikası arxa plana keçib. Əsasən nöqsanlardan danışılıb. Ikincisi,
müşavirədə bir sıra dövlət qurumları ünvanlı tənqid olub.Yəni, “bəzi qurumlar”,
“bəzi dövlət idarələri” kimi ümumi anlayışlardan istifadə olunmayıb, konkret
adlar çəkiilib. Bu müşavirə general Heydərovun rəqiblərinə qarşı açıq cavaş
elanı kimi qəbul olundu.

Müşavirədə
adıçəkilən dövlət qurumlarının bir çoxunun rəhbərləri hakimiyyətdəki odioz
məmurlar qrupuna daxildir. Buna baxmayaraq ki, Kəmaləddin Heydərov onların
adının çəkilməsindən çəkinmədiyini nümayiş etdirib. Bu həm də adıçkəilən
qurumların rəhbərlərinin Kəmaləddin Heydərovun rəqibləri sırasına daxil olması
ilə bağlı ola bilər. Ziya Məmmədov, Rövnəq Abdullayev, Hacıbala Abutalıbov
“fövqəlnazir”in rəqibləri kimi tanınıblar. Amma bu dəfə səbəb yalnız rəqib
münasibətləri ilə bağlı deyil. “Fövqəlnazir” rəqiblərinin üstünə yeriməklə həm
də hakimiyyətdaxili bir qrupun maraqlarına oynamış olur. Diqqət etsək görərik
ki, hədəfə alınan şəxslər “köhnə qvardiya”nın təmsilçiləridir. Onların
vurulması isə heç şübhəsiz bəlli qrupun maraq dairəsinə daxildir.

Hakimiyyətə
yaxın mənbənin “Yeni Cumhuriyyət”ə verdiyi məlumata görə gövqəladə hallar
naziri Kəmaləddin Heydərov artıq birmənalı olaraq Paşayevlərin çətiri altına
keçib.
Mənbənin sözlərinə görə, 2013-cü il prezident seçkilərindən sonar hökumətdə aparılan kadr islahatları ilə əlaqədar hakimiyyət daxilində ziddiyyətlərin dərinləşməsi fonunda Kəmaləddin Heydərovun strateqləri ona Paşayevlərə əksqütbdə dayanmamağı tövsiyyə edib.

Məlumat üçün deyək ki, “fövqəlnazirhakimiyyət daxilində Paşayevlərinəsas rəqibi hesab edilənNaxçıvanqruplaşmasının əsas simasısayılırdı. Ziddiyyətlər dərinləşəndə Kəmaləddin Heydərovun hətta prezident seçkisində qruplaşmanın namizədi ola biləcəyi barədə məlumatlar yayılırdı. Elə bu səbəbdən idi ki, Paşayevlərfövqəlnazir“ə müəyyən sarsıdıcı zərbələr vurdular. Vergilər Nazirliyi kimi iri dövlət qurumu Kəmaləddin Heydərovun nəzarətindən çıxarıldı. “Fövqəlnazir“ə məxsusGilan Holdinqin bəzi layihələri əlindən alındı. Kəmaləddin Heydərova bank açmağa icazə verilmədi. Nəzarətindəolan media quruluşlarından bəzilərinə əl qoyuldu və s.

Məhz bütün bunlardan sonrafövqəlnazirin strateqləri hesab edib ki, Paşayevlərləanlaşmaq gərəkdir. Onların fikrincə, hakim ailə növbəti mərhələdə Kəmaləddin Heydərovuvurmaq” üçün onun aktivinəyazılan uğursuzluqlardan istifadə edə bilər. Bu sırada Sabirabad və Zaqatala kimi fəlakət zonalarında baş verənlərdən, olimpiya uğursuzluğundan və boks yarışında rüşvət qalmaqalından yararlanma ehtimalıxüsusi olaraq vurğulanıb. “Fövqəlnazirməsləhətləşmələrdən sonraNaxçıvanqruplaşmasından üz döndərib.

Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərov Paşayevlərin beynəlxalq aləmdə təbliğatını maliyyələşdirməklə məşğuldur. Bununla belə yenə də aktivindəolan uğursuzluqların ona qarşı yarada biləcəyi təhlükədən sığortlanmaqüçün hələ ki, nəzarətində bəzi KIVlərə müxalifətə “diqqətayırmağı tapşırıb. Amma bu prosesdə FHN şefi də
öz maraqlarını təmin etmək niyyətindədir. Bu barədə redaksiyamıza daxil olan
məlumata görə, “fövqəlnazir”in hədəfi “Azəryolservis” və “Azərbaycan Dəmir
Yolları”dır.
“Azəryolservis”in
rəhbəri Cavid Qurbanovla Kəmaləddin Heydərov arasında isti münasibətlər
yaranıb. Elə bu səbəbdəndir ki, nəqliyyat naziri Ziya Məmmədovla Cavid
Qurbanovun münasibətləri soyuyub. Cavid Qurbanov Kəmaləddin Heydərovun dəstəyindən
istifadə edərək “Azəryolservis”i müstəqil quruma çevirmək istəyir. Bu baş verəcəyi
təqdirdə təbii ki, Cavid Qurbanov “fövqəlnazir”in patronajlığı altında fəaliyyət
göstərəcək. Kəmaləddin Heydərov həm də çalışır ki, Arif Əsgərovun yerinə öz çevrəsinə
daxil olan şəxslərdən birini təyin etdirsin.

Azər Kazımov

Short URL: http://www.cumhuriyyet.net/?p=12468

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728