"Qara siyahı"dakı icra başçıları bilindi

09.02.2014 - 19:43

Ölkə başçısı 10-a yaxın rayon rəhbərinə son xəbərdarlıq edib və kimlərin
istefaya gedəcəyi  gözlənilir

Prezident icra
başçılarına xəbərdarlıq edib. Bölgələrdə sosial partlayışlar və üsyanların
öldürülməsi tapşırılıb. Bunun üçün özünü yaxşı aparmayan icra başçılarına
sonuncu dəfə töhmət verilib. Yaxın vaxtlarda 10 rayon meri işindən kənarlaşdırıla
bilər.

Onlardan biri Nərimanovun
icra başçısı Abidin Fərzəliyevdir. Mənbə bildirir ki, onun rəhbərlik etdiyi
rayonda son vaxtlar baş qaldırmış neqativ hallar hakimiyyət dairələrinin diqqətindən
yayınmayıb və bu barədə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, icra
başçısı nəticə çıxarmayıb. 

Bir digəri isə Xətainin icra başçısı Razim Məmmədovdur.
Paytaxt rayonları sırasında haqqında ən çox şikayət edilən icra başçısı olan
sözügedən şəxsin, həmçinin digər işdənkənar işləri barədə də məlumat
toplanılıb.

Xətai ərazisində xeyli
sayda problemlərin illərdən bəri yığılıb qalmasından bezər yuxarı dairələr,
onunla bağlı yekun qərar vermək məcburiyyətində qalıblar. Saatlının icra başçısı Siraqəddin
Cabbarovun adı isə xeyli əvvəldən “qara siyahıda” olub. Prezident seçkiləri ərəfəsində
onun işdən çıxarılması məsələsi qaldırılsa da, sonradan məlum olmayan səbəblərdən
proses dayandırılıb. Amma fevralın 15-dən sonra ilk işdən çıxarılanlar
sırasında Cabbarovun olacağı qətiləşib. 

Lütfəli Babayevlə bağlı məsələyə gəldikdə isə
ona xəbərdarlıq rəhbəri olduğu Zərdabın bərbad halda olması və daha çox
intriqalara baş qoşmasına görə edilib. Babayev öz rayonunu buraxaraq, Mingəçevirin
polis rəisi ilə toqquşması heç də rəsmi dairələrin ürəyincə olmayıb.

Həmçinin büdcədən
ayrılmış pulların Zərdabda nəzərdə tutulan işlərə deyil, icra başçısının öz
xoşladığı məsələlərə sərf olunması da narazılıq üçün zəmin hazırlayıb. Biləsuvarın icra başçısı Mahir
Quliyev, Şəmkirin şefi Nazim Veyisov da “qara kağız” alan icra hakimləri
sırasında yer alıb. Hakimiyyət bölgələrlə bağlı yeni siyasi kurs götürüb.

Bu xətt əsasən vətəndaşların
şikayətlərini dinləmək, onların narazılığının paytaxta və mətbuata ayaq
açmasını əngəlləməkdən ibarətdir. Son vaxtlar özünü yandıranların və intihar edənlərin
kütləviləşməsi iqtidara baş ağrı yaradıb.

Eynilə, sələfilərin fəallaşması,
onların hədə dolu bəyanatları, Suriyada döyüşənləri Azərbaycana gələ bilməsi,
bölgələrdə sayının artması hakimiyyəti bərk qorxuya salıb.

Şamil

Short URL: http://www.cumhuriyyet.net/?p=12472

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031