Ziya Məmmədov, Arif Əsgərov və Cavid Qurbanov trestin 600 min manatını "fırladıblar"
Arif Əsgərov Ziya Məmmədovun zəngini gözləyir;
Nəqliyyat nazirinin 40 milyonluq əmri nədən bəhs edir?
Nəticə etibarı ilə işçilər və rəhbərlik çox ciddi sıxıntılarla üzləşiblər:”Nəzərinizə çatdırırıq ki, 11 saylı İnşaat İstehsalat Təsərrüfat Tresti ilə Nəqliyyat Nazirliyinin “Dövlət Dəmir Yollar” QSC-nin tabeliyində olan Biləcəri Dəmiryolu Xəstəxanasının təmir bərpa və daş örtüyü işlərinin aparılması haqda 880 min manatlıq müqavilə bağlanılıb. Bu müqavilə Cavid Qurbanovla Ziya Məmmədovun da təsdiqlərindən keçib. Lakin illər əvvəl işlərin yüksək səviyyədə görülməsinə baxmayaraq, müqavilə və smeta-layihə əsasında görülmüş 880 min manat vəsaitin cəmi 280 manatı11 saylı İnşaat İstehsalat Təsərrüfat Trestinə köçürülüb. Qalan məbləğ isə bu günədək ödənilməyib”.
Şikayətçilər yazır ki, problemlə əlaqədar dəfələrlə nazirlikdə və Arif Əsgərovun qəbulunda olublar: “Lakin Arif Əsgərov açıq şəkildə deyir ki, ona Ziya Məmmədovun zəng etməsi lazımdır. O zəng gəlməyənə qədər də vəsaitin köçürülməsi mümkün deyil”. Trest işçilərinin əlavə etdiyi sənədlərdən aydın olur ki, onlar işlərini həqiqətən də yüksək səviyyədə həyata keçiriblər. Və bunlar da Nəqliyyat Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən akt və digər sənədlərlə də təsdiq olunub: “Sizə təqdim etdiyimiz layihə-smeta, maliyyə və mühasibatlıq sənədlərinə, o cümlədən üzləşmə aktlarına diqqətlə baxın. Görəcəksiniz ki, biz üzərimizə düşünə vəzifələri layiqincə yerinə yetirmişik. Elə isə niyə bizlərin soyuq, şaxta bilmədən işləməyimizə baxmayaraq, pulumuzu ödəməməlidirlər?”.
Sonda isə şikayətçilər dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya üz tutub kömək istəyiblər: “Xahiş edirik, gec də olsa, bizim halal pullarımızın ödənilməsində köməklik göstərəsiniz”.
Yeri gəlmişkən, şikayətçilərin təqdim etdikləri sənədlər arasında Ziya Məmmədovun Arif Əsgərov, Cavid Qurbanov və digər rəhbər şəxslərə ünvanlanmış əmr də var. Sosial sahələrin əsaslı təmiri üçün maliyyələşmədən bəhs edən həmin əmrlə ayrılmış 40 milyon manatın xərclənməsinə nəzarət tələb olunub. Məsələnin ən ilginc tərəfi isə həmin vəsaitin yol gəlirlərindən ayrılması və sonradan təmir-bərpa işləri görən trestlərə ödənilməməsidir. Ümumiyyətlə, bu şikayət məktubu və ona əlavə olunan bir qovluq rəsmi sənədlər başda Ziya Məmmədov olmaqla, Arif Əsgərovla Cavid Qurbanovun “dolanbac” yollarla dövlət vəsaitlərini necə mənimsəmələrinə işıq salır.
Short URL: http://www.cumhuriyyet.net/?p=12473