"AST Telman" qəbristanlıqda restoran tikib

10.02.2014 - 21:56

“İş adamı Telman İsmayılov Moskva metrosunun “Sokol” stansiyasının yaxınlığında yerləşən qardaşlıq qəbristanlığında restoran tikib”.

“İş adamı Telman İsmayılov Moskva metrosunun “Sokol” stansiyasının yaxınlığında yerləşən qardaşlıq qəbristanlığında restoran tikib”.

 
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Rusiyanın “Svobodnaya pressa” nəşri yayıb.

Adıçəkilən nəşr bununla yanaşı qeyd edir ki, onlarda bu restoranın konkret olaraq “AST Telman” ləqəbli azərbaycanlı biznesmenə məxsus olması barədə dəqiq məlumat və təkzibolunmaz dəlil-sübut yoxdur: “Amma iş orasındadır ki, iki il əvvəl qəbristanlığın yerində tikilmiş bu restoranın ona məxsusluğu deyilir. Bu restoranın konkret kimə məxsus olması dəqiq bilinmir. Amma həmin obyekt Telman İsmayılova məxsus olan digər restoranların üslubundadır, onların eynisidir. Bundan əlavə, bildiyimiz kimi, Telman ismayılovun qardaşı neçə illərdir yerli hakimiyyət qurumlarında böyük vəzifələr tutur. Onun bu zonada böyük təsiri və nüfuzu var. Bu da onu deməyə əsas verir ki, həmin restoranın İsmayılovlara məxsus olmasına heç bir şübhə yeri qalmır”.
Qəzet yazır ki, söhbət indiki “Sokol” metrosunun yaxınlığında yerləşən qardaşlıq qəbristanlığından gedir. Bu məzarlığın əsası 1915-ci il, fevralın 28-də qoyulub. Orada əsasən I dünya müharibəsi zamanı həlak olmuş rus əsgər və zabitlərini basdırıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12476

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031