Seyidəliyevlərin "işğal" etdikləri Ağsu

12.02.2014 - 13:23

Seyidəliyevlərin “işğal” etdikləri Ağsu

Ağsu rayonundan PİA.AZ-a daxil olan məlumata görə, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev rayonda apardığı abadlıq, cari təmir, tikinti işlərində külli miqdarda dövlət vəsaitini talayıb.



Məsələ ilə bağlı redaksiyamıza bilgi verən mənbənin bidirdiyinə görə, 2013-cü ildə Ağsu rayonuna abadlıq, cari təmir işləri üçün 1,5 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlərin bir hissəsi Ağsu şəhər icra nümayəndəliyinin xətti ilə icra başçısına məxsus olan şirkətlərə köçürülüb. Belə ki, Ağsu şəhərində H.Əliyev parkında, Ağsu Seyrangahında, Qəhramanlıq parkında və S.Vurğun, Vidadi, M.Ə. Rəsulzadə, Nizami küçələrində küçə, hasarların, piyada səkilərin cari təmiri üçün “Elşən-2” MMC-yə 300 min manatdan çox vəsait ayrılıb. Adı çəkilən şirkətin isə icra başçısı Ənvər Seyidəliyevin yaxın qohumuna məxsus olduğu bildirilir.



Məlumatda bildirilir ki, “Elşən-2” MMC-nin həyata keçirdiyi cari təmir işləri isə kosmetik işlər olub, sadəcə səkilərdə xarab olmuş üzlüklər yenisi ilə əvəzlənib, eyni zamanda qeyd etdiyimiz küçələrin hasarları boyalanıb, H.Əliyev və Qəhrəmanlıq parklarında, o cümlədən Ağsu Seyrangahında bəzi yerdəyişmələr həyata keçirilib. Həmçinin Nazirlər Kabineti tərəfindən ayrılan bu vəsaitdən başqa, rayonun daxili büdcəsindən də həmin ərazilərin təkrar cari təmiri üçün külli miqdarda vəsait ayrılıb. Ənvər Seyidəliyev isə vəzifə səlahiyyətlərindən istifadə edərək il boyu dövlətin yüzminlərlə manat vəsaitlərini təkrar cari təmirlər adı altında mənimsəyib.



Daxil olan məlumatda qeyd olunur ki, icra başçısının vəsait silmə qurumlarından biri də Mənzil İstismar İdarəsi və “Yaşıllaşdırma və Abadlaşdırma” MMC olub. Bildirilir ki, Ağsu rayonunda mənzil fondunun balansında olan binaların əsaslı təmiri üçün ayrılan 110 min manat vəsaitdən başqa, rayon maliyyə idarəsindən də həmin binaların təkrarən cari təmir edilməsi üçün nə az, nə çox 100 min manat əlavə pul ayrılıb. Cari təmir üçün ayrılan əlavə vəsait isə bəzi binaların sökük yerlərini təmir etməklə silinib.



Məlumatda göstərilir ki, rayon mərkəzində yaşıllaşdırma işləri ilə məşğul olan “Abadlaşdırma və Yaşıllaşdırma” MMC-nin hesabına rayon maliyyə idarəsindən son iki ildə 200 min manatdan çox vəsait ayrılıb. Rayonun daxili büdcəsindən “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-yə ayrılan vəsaitlər icra başçısı Ənvər Seyidəliyevin cibinə axır. İcra başçısı “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin adı altında silinən vəsaitlərin yerini doldurmaq üçün isə MMC-nin görəcəyi işləri rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının müdirlərinin arasında bölərək onların boynuna “yükləyib”. 



Qeyd olunur ki, Ağsuda Ənvər Seyidəliyevin kiçik məmurları “yükləmək” məsələsi artıq rayon camaatı arasındada bir neçə lətifənin yaranmasına səbəb olub.



Ağsu rayon Maliyyə idarəsinin müdiri Vaqif Hüseynov icra başçısı Ənvər Seyidəliyevin yaxın qohumudur. Daha əvvələr isə Ağsu rayonunda Maliyyə şöbəsinin müdiri icra başçısı Ənvər Seyidəliyevin bacısı oğlu, həmçinin Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun qardaşı olub. Hazırda nazirin qardaşı İsmayıllı rayonunun maliyyəsini idarə edir. Ümumiyyətlə isə Səlim Müslümovun və Ənvər Seyidəlyevin qohumları rayondakı bütün vəzifələri tutublar. Rayonun bütün vəzifəli şəxsləri Ənvər Seyidəliyevin və Səlim Müslümovun qohumlarıdı. İndi isə yeni prosses İsmayıllı rayonunda gedir. Seyidəliyevlər və Müslümovlar İsmayıllı rayonunu da “işğal”a alırlar. İsmayıllının üsyandan sonrakı yeni icra başçısı Mirdaməd Sadıqov isə Ənvər Seyidəliyevin uzaq qohumudur.



Məlumatda bildirilir ki, hamısı və bacısı oğlu Səlim Müslümov nazir olduqdan sonra Ənvər Seyidəliyevin ayaqları gözlərinin altını görmür. Bir müddət əvvəl kürsüsü laxlayan Ənvər Seyidəliyev indi özünü çox arxayın aparır. Hətta vətəndaşları belə qəbul etmir və vaxtının böyük hissəsini əyləncələrə sərf edir.



Məlumatda xüsusi olaraq vurğulanır ki, hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə qohumları olan müavinləri və köməkçilərinin adından yararlanır. Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. Rayon ərazisində daxili və kəndarası yollar isə bərbad haldadır. 



Bir neçə ay əvvəl istifadəyə verilən, tikintisinə 19 milyon manat ayrılan 29 kilomterlik Ağsu-Çaparlı-Padarçöl avtomobil yolu 10 yerdən çöküb. Yolun tikintisi gedən vaxt yol bir neçə yerdən erroziyaya uğrasa da, icra başçısı bu yolun çökməsini ictimailəşməyə qoymadı və təzə yola yamaq vurdurub. Amma buna baxmayaraq, yol yenidən çöküb. 



Məlumatda göstərilir ki, icra başçısının qazanc yerlərindən biridə rayon büdcə təşkilatlarından hər ay külli miqadarda “haqq” yığmasıdır. İcra başçsının idarə müdirlərindən aylıq hesab aldığı üçün Ağsu rayonunda büdcə rəşkilatları əməlli başlı korrupsiya bataqlığında boğulduğu bildirilir.



Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031