"Bakı mehmanxanası"nın Ramzan Kadırova verilməsi təsdiqləndi

12.02.2014 - 15:04

“Bakı mehmanxanası”nın Ramzan Kadırova verilməsi təsdiqləndi

Kadırovun adamı, “Union kredit” bankının prezidenti Hüseyn Marayev “Bakı”nın 95 faiz səhminə sahiblənib

“Bakı mehmanxanası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarları cəmiyyətin rəhbərliyindən şikayətçidirlər. Cəmiyyətin 1 faiz səhminə sahib olan Ramiz Əliyev “Bizim Yol” qəzetinə açıqlamasında bildirib ki, “Bakı mehmanxanası”nın rəhbərliyinin məsuliyyətsizliyi və məhkəmə prosesinin sürünməsi nəticəsində səhmdarların hüquqları pozulub: “Bakı mehmanxanası”nın binasını sökürdülər. Buna görə, 2013-cü ilin fevralında aksiya keçirib etiraz edirdik. Cəmiyyətin sədri bizi saymadı. Açıq-aşkar hüquqlarımızı pozdu. Məhkəməyə müraciət etdik. Məhkəmədən biz mehmanxananın binasının söküntüsünün saxlanmasını və cəmiyyətin ümumi yığıncağının çağırılmasını tələb etmişdik, Nəsimi rayon məhkəməsinin hakimi Səyyad Qafari prosesi uzatdı. 14 mərtəbəli mehmanxana söküləndən sonra məhkəmənin qərar çıxardı ki, bina sökülməsin. Artıq sökülmüşdü, gecikmiş qərar oldu. Bildirim ki, ötən ilin may ayında ümumi yığıncaq keçirildi. Orada deyildi ki, mehmanxananın yerində 19 mərtəbəli biznes mərkəzi tikiləcək. Müəssisənin fəaliyyət göstərəcəyi, eləcə də divident veriləcəyi ilə bağlı məlumat verildi. Ötən ilin may ayından heç bir dəyişiklik yoxdur. Vədlər yerinə yetirilmir. “Bakı mehmanxana”sının yeri xarabalığa çevrilib. Hazırda mehmanxananın yeri avtomobil dayanacağı olub”.

Səhmdarın sözlərinə görə, mehmanxananın yeni sədri Marayev Hüseyn Ahmed oğludur: “O, “Bakı Mehmanxana”sının 95 faiz səhminin sahibidir. Çeçenistan əsilli Qazaxıstan vətəndaşıdır. Bildiyimiz qədər o, “Union kredit” bankının prezidentidir. Dəfələrlə səhmdarlar müraciət edib ki, ümumi yığıncağın sənədləri bizə verilsin, amma verilmir”.
Səhmdar Ramiz Əliyevin sözlərinə görə, “Bakı mehmanxana” ASC-nin ümumi reyestrində 150 səhmdar var: “2005-ci ildə ölkədə olimpiada yarışları keçiriləcəyinə baxmayaraq, mehmanxananın ərazisi xaraba olaraq qalır”.

Səhmdar Kamal Hüseynov da “Bakı mehmanxana”sının rəhbəri Hüseyn Marayevdən şikayətçidir. O hətta məhkəmə qərarının olmasına baxmayaraq, ümumi yığıncağın nəticəsi ilə bağlı səhmdarlarla məlumat verilmədiyindən şikayətlənib: “Ümumi yığıncağın protokolu ilə bizin tanış etmirlər. Bilmək istəyirik ki, bizim yığıncaqda dediklərimiz protokolda əks olunub, yoxsa yox”.
imagesQeyd edək ki, “Yeni Müsavat”ın ötən saylarında Bakının mərkəzində yerləşən “Bakı” mehmanxanasının yerinin Çeçenistan prezidenti Ramzan Kadırova verilməsi ilə bağlı məlumat verilib. Mehmanxananın keçmiş səhmdarları “Yeni Müsavat”a bildirmişdilər ki, Çeçenistan prezidentinin Azərbaycana səfərindən sonra Kadırova yaxın iş adamlarının Bakıya gələrək həyata keçirəcəkləri projenin planlarını cızıblar.
R.Kadırov Bakıda səfərdə olduğu zaman bildirmişdi ki, Çeçenistanda Azərbaycan sərmayədarlarını maraqlandıra biləcək çoxlu sayda layihələr var. Eyni zamanda, çeçen iş adamları Bakıda əhəmiyyətli layihələrə imza atmaq arzusundadırlar.
Məlumat üçün bildirək ki, hazırda “Gentecus” adlı şirkət tərəfindən söküntüsü həyat keçirilən “Bakı” mehmanxanası bir vaxtlar Dövlət Əmlak Komitəsi tərəfindən AFFA-nın keçmiş prezidenti mərhum Ramiz Mirzəyevə satılıb. 2010-cu ildə dövlət başçısı İlham Əliyev Səməd Vurğun adına və “Muğan” parkının açılışında olarkən “Bakı” mehmanxanasının durumuna da diqqət yetirib və narazılığını gizlətməyib. Dövlət başçısı yarı dağılmış halda olan binanın şəhərin bu hissəsinin bütün görünüşünü korladığını deyib.
Bundan sonra R.Mirzəyev mehmanxananı yenidən restavrasiya etmək qərarına gəlib. Müasirləşdirmək məqsədi ilə mehmanxanada söküntü işlərinə başlansa da otaqların kiçik və alçaq olması binada yenidənqurma işlərinin aparılmasına əngəl yaradıb. Bu səbəbə Mədəniyyət və Turizm Nazirliyi binanın sökülməsini və yerində çoxmərtəbəli hotelin tikilməsini məqsədə uyğun sayıb.

Daha sonra isə bu obyekt iş adamı İsgəndər Xəlilova satılıb. İsgəndər Xəlilovun əlinə keçəndən sonra bu mehmanxana satışa çıxarılıb. 30 milyon manata dəyərləndirilən bu mehmanxananın 168 səhmdarı olsa da onların hüquqları payçı qismində tanınmayıb. Bir neçə dəfə həmin səhmdarlar problemləri ilə bağlı mehmanxana qarşısında aksiya keçiriblər. 13 mərtəbəli bu mehmanxana “Milyarderlə İttifaqı”nın gündəmə gəlməsi və İ.Xəlilovun Bakıdakı obyektlərinə əl qoyulması ilə yenidən Dövlət Əmlak Komitəsinin balansına keçib. Lakin dövlət 30 milyon manat dəyərində olan mehmanxanaya görə İ.Xəlilova bir qəpik pul ödəməyib, o isə bu pulunu tələb edir.

Sonda nəzərə çatdıraq ki, sökülən “Bakı” mehmanxanası sovet dövründən qalmış yeganə hoteldir. Son 5 ildə məşhur “İnturist”, “Abşeron”, “Qarabağ” mehmanxanaları sökülüb, yerində yeniləri inşa olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930