"Hüquq müdafiəçiləri ilə hakimiyyət arasında əlaqələndirici özüməm" – Çingiz Qənizadə
“Hüquq müdafiəçiləri ilə hakimiyyət arasında əlaqələndirici özüməm”– Çingiz Qənizadə
“Xədicə İsmayılla ilə 8 ilə yaxındır ki, əlaqəm yoxdur və onunla salamımı kəsmişəm.”
Bunu Avropa.infoya açıqlamasına millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. X.İsmayılova ilə əlaqələrinin kəsməsinin səbəbini açıqlayan millət vəkili bildirdi ki, o “Azadlıq” radiosunda işləyərkən dəvət etdiyi qonaqlara qarşı hörmətsizlik edirdi: “Dəvət etdiyi qonağın sözünü yarımçıq kəsib, ona hörmətsizlik edər, yalançı sms-lər təşkil edib qonağı pis vəziyyətdə qoyurdu və mən də onun bu hərəkətlərinə öz etirazımı bildirdim. Yəqin ki, o da bundan sonra mənə olan münasibəti dəyişib. Bir də ki, onun kiminlə münasibəti yoxdursa, ona düşmən kimi yanaşır”.
Hakimiyətlə işbirliynə gəldikdə isə hüquq müdafiəçisi bildirib ki, X.İsmayılın faktı düzgün deyil:” Çünki hüquq müdafiəçiləri ilə hakimiyyət arasında əlaqələndirici nə Səməd Seyidovdur, nə də ki, Ədliyyə Nazirliyi, bu əlaqələndirici elə mən özüməm. Heç olmazsa o bunu yaxşı bilməli idi”.
Hüquq müdafiəçisi deyib ki, beynəlxaql təşkilatlar ölkədə insan haqları ilə bağlı problemləri dialoq yolu ilə həll etməyə tövsiyə edir: “Biz də bu yolla problemin həllinə çalışırıq və nəticə də göz qabağındadır. Yoxsa Leyla Yunus kimi radikal mövqe nümayiş etdirib, siyasi məqsədlərə xidmət edən bəyanatlar verməklə nəyəsə nail olmaq olar? Biz hüquq müdafiəçiləri bir masa ətrafında əyləşib danışırıq. Hüquq müdafiəçiləri dialoq yolu ilə həll etməyi bacarmalıdır və biz də bu yolu seçmişik. Bunun nəticəsidir ki, bu gün hüquq müdafiəçiləri QHT-lərdən, siyasi partiyalardan və digər təşkilatlardan çox iş görüb. Ona görə də heç kim X.İsmayılın yazdığlna əhəmiyyət verməməlidir. Çünki o bununla əsl simasını ortaya qoydu və şəxsiyyəti də hamıya bəllidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=12498