Eyvaz Qurbanovun "soğan qabığına" çevirdiyi büdcə təşkilatları

13.02.2014 - 20:54

Oğuzun icra başçısı “gözdən uzaq, qulaqdan iraq”, sakitcə “dağ başında” oturub büdcəni talan edir

Ötən həftə Oğuz Rayonu icra başçısı Eyvaz Qurbanovun son illər Oğuz şəhərinin abadlaşdırılması yaşıllaşdırılması lahiyyələrində xərclənən milyonlarla manat vəsaitin bir hissəsini mənimsəməsi ilə bağlı məlumat vermişdik. Qeyd etmişdik, 2011-ci ildə Oğuza rayonuna icra başçsı təyin olunan Eyvaz Qurbanov sələfindən fərqli olaraq rayonun abadlaşdırılması, tikinti lahiyyələrinin həyata keçirilməsində mühüm addımlar atıb. Ancaq həyata keçirilən bu lahiyyələrdə dövlət vəsaitinin bir hissəsinin mənimsənilməsi iddia olunurdu.
PİA.AZ-a Oğuz rayonu ilə bağlı yeni daxil olan məlumatda bildirilir ki, Eyvaz Qurbanov “gözdən uzaq, qulaqdan iraq” olan Oğuz rayonunda büdcə təşkilatlarını sakitcə talayır. Daxil olan məlumata əsasən Oğuz rayonunda fəaliyyət göstərn büdcə təşkilatları olan rayon Təhsil Şöbəsi, Səhiyyə İdarəsi, Mədəniyyət və Turizm şöbəsi, Yol İstismar İdarəsi, Maliyyə İdarəsi, Suvarma Sistemləri idarələrinin rəhbərləri hər il dövlətin ayırdığı yüz min manatlarla vəsaitləri icra başçısının himayəsi altında talan edirlər. 
Bildirilir ki, Oğuz rayonunda korrupsiya bataqlığına batmış büdcə təşkilatlarından biri də Səhiyyə İdarəsidir. Məlumatda göstərilir ki, Oğuz rayon Səhiyyə İdarəsinin nəzdində 2 xəstəxana, 19 tibb məntəqəsi və 8 həkim məntəqəsi fəaliyyət göstərir. Həmçinin adı çəkilən idarədə 74 həkim, 265 tibb işçisi, 230 yaxın sair işçilər işləyir. 
Sunay Balakişiyevin rəhbərlik etdiyi Oğuz rayon Mərkəzi Xəstənasına son 1 ildə 250 min manatdan çox vəsait ayrılıb. Mənbəninin iddiasına əsasən ayrılan vəsaitlər tibb məntəqələrinin cari təmirinə, maşın və digər avadanlıqların alınması adı altında sənədləşdirilərək silinib. Eyni zamanda Mərkəzi Xəstəxana 150 min manatlıq dərman pereparatları və sarğı ləvazimatları alınıb ki, həmin dərmanların yarısından çoxunun tibb məntəqələrinə sənədləşdirilərək mənimsənildiyi iddia olunur.
Həmçinin Rayon Səhiyyə İdarəsində işləyən 230 sair işçilərin əmək haqqlarının şişirdilərək bir hissəsinin mənimsənildiyi qeyd olunur. Məlumata əsasən kənd tibb məntəqələrində işləyən bəzi tibb işçilərinin sadəcə adları var və onların əmək haqqlarının məntəqə rəisləri vasitəsi ilə baş həkimSunay Balakişiyevə çatdığı iddi olunur. 
Mənbə həmçinin iddia edir ki, Oğuz Səhiyyə İdarəsində baş verən yeyintilərdən icra başçısı Eyvaz Qurbanovun xəbəri var və başçı baş həkimdən hər ay öz haqqını alır.
Oğuz rayonunda vəsaitlərin talan edildiyi ikinci büdcə təşkilatı isə rayon Təhsil Şöbəsi olduğu bildirilir. Elçin Kərimovun rəhbərlik etdiyi Oğuz rayon Təhsil Şöbəsinin tərkibində 28 ümumitəhsil məktəbi, 4 orta məktəb, 2 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə, 9dərnək mövcuddur. Oğuz rayon Təhsil Şöbəsinə Nazirlər Kabineti tərəfindən hər il 100 min manatdan çox vəsait ayrılır ki, həmin vəsaitlərdə avadanlıqların, dəftərxana ləvazimatların və digər maşın ehtiyyat hissələrinin alınmasına xərclənir.

Məlumatda bildirilir ki, son 2 ildə rayon daxili büdcəsindən Təhsil şöbəsinə cari təmirlər üçün 400 min manatdan çox vəsait ayrılıb. Həmin vəsaitlərin kənd məktəblərinin cari təmiri adı altında silinərək mənimsənildiyi qeyd olunur. 

Eyvaz Qurbanovun əsas qazanc yerlərindən biri isə Nizami Əhmədovun rəhbərlik etdiyi Oğuz rayon Suvarma Sisitemləri idarəsidir. Qeyd edək ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Oğuz rayonunda bir su idarəsi mövcuddur və Suvarma Sistemləri İdarəsi kənd torpaqlarına suyun paylanması, kanalların çəkilməsi təmiri, drenlərin təmizlənməsi və sel sularından qorunmaq üçün kiçik çaylara bəndlərin vurulması ilə məşğul olur. 
Son iki ildə rayon Suvarma Sisitemləri idarəsinə 500 minə yaxın vəsait ayrılıb və həmin vəsaitlər sənədləşdirmələrdə əksəriyyəti texnikalara ehtiyyat hissələrinin, tikinti matreallarının, elektirik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının cari təmirinə xərcləndiyi qeyd olunub. Lakin məlumatda bildirilir ki, Nizami Əhmədov avadanlıqların alınması üçün sənədləşdirmələrdə şişirtmələrə yol verərək ayrılan vəsaitin bir hissəsini mənimsəyib. İdarə müdirinin kəndlərdə fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi “əməliyyat”ında da hər il külli miqdarda qazanc əldə etdiyi qeyd olunur.
Bundan başqa hər il rayonun daxili büdcəsindən və Meliorasiya və Su Təsərrüfatı ASC-dən sel daşqınlarında müdafiə olunmaq üçün bəndlərin tikilməsinə, tədbirlərin görülməsinə ayrılan yüz minlərlə manat vəsaitlərin bir hissəsini icra başçısı Eyvaz Qurbanovla idarə müdiri Nizami Əhmədovun ortaq şəkildə mənimsədikləri göstərilir.
Qeyd edək ki, redaksiyamıza icra başçısnın “yağlı tikələrindən” biri olan Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsində baş verən maxinasiyalarla bağlı göndərilən məlumatları araşdırıldıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031