İranlı deputat: "300 min suriyalıya hərbi təlim keçmişik"

13.02.2014 - 21:27

İran parlamentinin deputatı Mahmud Nəbəviyan fevralın 12-də islamçı tələbələrlə görüşündə ölkənin Suriya hökumətinə yardımından, İran iqtisadiyyatından və Cenevrədəki nüvə razılaşmasından danışıb.
“Media forum” saytının məlumatına görə, Suriya məsələsinə toxunan axund Mahmud Nəbəviyan İranın Bəşər Əsəd hökumətinə hərbi yardım göstərdiyini təsdiqləyib: “Biz 150 min nəfər suriyalını İrana gətirib onlara hərbi təlim keçmişik. 150 min nəfər Suriya vətəndaşını da öz ölkələrində hərbi baxımdan təlimatlandırmış, yetişdirmişik. Bundan başqa “Hizbullah”ın 50 min nəfərlik qüvvəsini Suriyaya göndərmişik. “Hizbullah” da bildirib ki, onun İsrailə atmağa 80 min raketi var. Məhz bütün bunlara görə Amerika Suriyada məğlub oldu”.
Deputat Qərbin İrana qoyduğu sanksiyaların mənfi təsirindən danışıb: “Amerika 2012-ci ilin iyun ayından heç bir xarici gəminin sahillərimizə yaxınlaşmasına, bizdən neft almasına imkan verməyib. Həmin tarixdən Amerika dünya banklarının qapılarını da üzümüzə bağlatdırıb. İndi biz bircə dolları belə bank vasitəsilə reallaşdıra bilmirik. Həmin sanksiyalara görədir ki, bizim gündəlik ixrac etdiyimiz neftin həcmi hazırda 650-700 min barel arasındadır”.
Cenevrədəki nüvə razılaşmasına və onun nəticəsinə qarşı çıxan Mahmud Nəbəviyan deyib ki, bu razılaşma ilə İran birtərəfli qaydada çoxlu öhdəlik götürməyə məcbur edilib: “Mən nüvə müzakirələrinin müddəti və ölkəyə qoyulan sanksiyaların tamamilə ləğvinin vaxtı haqda xarici işlər nazirimizin müavini Abbas Əraqçiyə sual verdim. Dedi ki, onlar (Qərb) bunun 20 il davam edəcəyindən danışırlar. Biz isə etiraz edərək bunu heç olmasa 5 ilə endirmələrini istədik. Lakin onlar qəbul etmədilər”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031