"8-ci km bazarı"nın rəhbəri haqqında ilginc məlumatlar

14.02.2014 - 01:01

İman adlı şəxsin şərikləri sırasında keçmiş
deputat Gülər Əhmədova ilə yanaşı, Arzu Kazımov və prezidentin sabiq
tərcüməçisi Rauf Hüseynovun da adları çəkilir

İman adlı şəxsin şərikləri sırasında keçmiş
deputat Gülər Əhmədova ilə yanaşı, Arzu Kazımov və prezidentin sabiq
tərcüməçisi Rauf Hüseynovun da adları çəkilir


 

“Xalqlar
Dostluğu” metrosunun yaxınlığında yerləşən və paytaxtda məşhur ticarət
yerlərindən biri olan “8-ci km Bazarı” ilə bağlı maraqlı məlumatlar üzə çıxıb. Bununla
bağlı “Yeni Cumhuriyyət”ə danışan mənbə bildirir ki, bazarın rəhbəri hal
hazırda “Qozbel” ləqəbi ilə tanınan İman adlı şəxsdir.
Bu şəxsin
əlaqələri geniş olsa da, iki əsas şəriki var. Onlardan biri adı Gülər
Əhmədovanın işində adı keçən
və sonradan həbs olunan Arzu Kazımovdur. Digəri isə Arzu Kazımovun qardaşı
Nizamidir. A.Kazımovunhəbsindən sonra idarəçilik faktiki olaraq qardaşı Nizaminin və onların şəriki
İmanın əlində qalıb.

Maraqlı məqamlardan biri odur ki, 8-ci km bazarında payı
olanlardan birinin keçmiş deputat, hazırda həbsdə olan Gülər Əhmədova olduğu
deyilir. Həmin məlumatlarda vurğulanır ki, Arzu Kazımova şərait yaradan sabiq
deputat bu prosesi bir başqa adamın əliylə reallaşdırmağa nail olub.
Deyilənlərə görə, mərhum prezident Heydər Əliyevin tərcüməçisi işləmiş Rauf
Hüseynov da bir zamanlar bazarda pay sahibi olub. Lakin buraxdığı səhvlər
üzündən işdən çıxarılan sözügedən şəxs ortadan çəkilib.

Belə ki, hələ 2000-ci ildə Rauf Hüseynov prezident Heydər
Əliyevlə Amerikada olarkən, Bakıda məmurlardan biri sözügedən bazarı ələ
keçirmək üçün addımlar atmağa başlayıb. Bu zaman İman Rauf Hüseynovun əmisi
oğlu Güloğlan vasitəsi ilə vasitəçilər axtarmağa başlayır və qısa müddətdə söhbət Raufa çatır, o da problemi ölkənin
birinci şəxsinə xahiş etməklə həll edir. Ardından isə bazarın şərikinə
çevrilməyi bacarır. Amma sonradan tərcüməçinin işdən çıxması onun bazarla da
əlaqələrinin kəsilməsinə səbəb olur.

Onu
da bildirək ki,
Güloğlan Hüsyenov uzun müddət istehsalat sahəsində
çalışdıb. Bu haqda
danışan mənbə qeyd edir ki, Hüseynov hal hazırda Avropada yaşayır və bir
müddətdir siyasi mühacir statusu alıb. Hal hazırda “8-ci km Bazarı”nın başında
dayanan İman isə həbsdə olan Arzu Kazımovun payını vaxtlı-vaxtında çatdırır.
Deyilənlərə
görə, bundan əlavə o yüksək çinli məmurlardan birinin himayəsinə keçməyə
çalışır. Həmin məmurun kimliyi bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr
səbəbindən hələlik açıqlamırıq.


 

Tahir
Fərəcov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031