Bakının söküntü xəritəsi: "Sovetski", "Papanin, "Kubinka", "Alatava"

15.02.2014 - 02:36

2014-cü ilin sonuna qədər təkcə “Sovetski” yerlə-yeksan edilməyəcək: “Papanin”, “Alatava” da tarixin arxivinə qovuşacaq.

2014-cü ilin sonuna qədər təkcə “Sovetski” yerlə-yeksan edilməyəcək: “Papanin”, “Alatava” da tarixin arxivinə qovuşacaq


Bakıda yeni böyük söküntü əməliyyatı başlayırş Məlumatlara görə, söküntü işlərinin aparılacağı ərazidə yeni yaşayış evlərinin və ya hündürmərtəbəli binaların tikintisi nəzərdə tutulmur. Ümumilikdə, 50 hektara yaxın ərazidə yaşıllıqlar salınacaq.
Rəsmi xəbərlərdə ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq, Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək. Ümumilikdə, 10 min evin sökülməsi planlaşdırılır. Söküntü işləri kifayət qədər böyük bir ərazini əhatə etdiyi üçün bu işlərin 6 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İkinci mərhələdə Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı və Akademik Milli Dram Teatrının arxasından başlayan ərazidə yerləşən evlərin söküntüsünə başlanacaq. Üçüncü, dördüncü mərhələdə Təzə Pir məscidinə yaxın ərazilərdə və beşinci, altıncı mərhələlərdə Əli bəy Hüseynzadə küçəsindən “Nizami” metrosunun arxa hissəsinə kimi ərazilərdə söküntü işləri aparılacaq.
Bakının söküntü xəritəsi: "Sovetski",  "Papanin,  "Kubinka",  "Alatava"Deyilənlərə görə, Təzə Pir məscidinin ətrafında böyük park salınacaq. Məscidin isə həmin ərazidə yenə də fəaliyyətini davam etdirəcəyi bildirilir. Təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov mətbuata açıqlamasında söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyib. “Söküntü və yeni layihələndirmə işləri Rayon İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, “Azəryolservis” ASC-nın nəzdində olanBakının söküntü xəritəsi: "Sovetski",  "Papanin,  "Kubinka",  "Alatava" “Azərekspert” təşkilatı ilə birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib. Vətəndaşın istifadəsində olan mənzillər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri yoxdur. Ancaq oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək”.
 Nə “Sovetski”, nə “Papanin, nə “Kubinka”, nə də “Alatava” sakinləri hökumətin verdiyikompensasiya ilə razılaşır. Onlar deyirlər ki, bir kvadrat metrə görə təyin olunan 1500 manat bazar qiymətlərinə uyğun deyil. Çünki veriləcək məbləğlə mənzil almaq mümkün deyil.Bakının söküntü xəritəsi: "Sovetski",  "Papanin,  "Kubinka",  "Alatava"
“Sovetski”dəki evlər çox balacadır. Əksərmənzillərin sahəsi 20-25 kvadrat metri ötmür.1500 manatdan verilən kompensasiya 30-35 min manat edir ki, bu pula hətta bir otaqlı mənzil ala bilməyəcəklərini deyirlər. “Bakıdabir otaqlı orta təmirli mənzil 50-60 min manatadır. Bizə verilən pul isə ən yaxşı halda 40 min manat olacaq. Düzdür, buradakı evlərin çox əla təmirli deyil. Ancaq əsas odur ki, yaşamağa yerimiz var. Pis-yaxşı dolanırıq. 30 kvadrat metrlik evdə 2-3 ailə yaşayır. Bir otağı iki yerə bölürlər. Demək istəyirik ki, evimizin sahəsi böyük deyil, di gəl, kirayədə yaşamırıq.Hökumətin isə verdiyi pul bizi kirayədə yaşamağa sövq edəcək. Burada elə ailələr var ki, evinin sahəsi 10 kvadrat metrdir. Bu sahəyə 15 min manat kompensasiya ödəniləcək. 15 min manata harada ev tapmaq olar? Xırdalanda, Lökbatanda bu məbləğə 2-3 sot torpaq almaq olar. Bəs, evi necə tikək?”, – deyə sakinlər bildirirlər.
“Sovetski” əhli Səməd İslamovun “Pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək” fikrinə də münasibət bildirdilər.Onların sözlərinə görə, heç bir yardımçı tikilinəzərə alınmır: “Kiminsə hamam-tualeti,zirzəmisi var, ancaq bu nəzərə alınmır. Hamısı yalandır. Deyirlər ki, 1500 manatlıq kompensasiya bazar qiymətlərinə uyğundur.Yaxınlıqda tikilən binada mənzillərin kvadratı 4-5 min manat arasındadır. 1500 manat hardanbazar qiyməti oldu? Bizə kompensasiya lazım deyil. Mənzilimizin sahəsi qədər bizə yaxınlıqdakı binalardan ev verilsin”.
Alatavada da mənzil sahiblərinə 1500 manatdan kompensasiya veriləcək. Hələlik, heç bir evə rəsmi bildiriş göndərilməyib. Sadəcə gəzən söz-söhbətlərdən vətəndaşlar narahatdırlar. Deyirlər ki, “Basin”də, “Sovetski”də yaşanan olaylarla bir gün onlar da qarşılaşacaqlar: “İndidınaidiyyəti qurumlara müraciət edirik ki,problemimizə diqqət yetirsinlər”.
Alatavada evlər “Sovetski”yə nisbətən böyük və daha yaxşı təmir olunub. “Sovetski”də evlər iç-içədir. Əksər mənzillər tikildiyi vaxtdan bu yanaciddi təmir edilməyib. Ancaq Alatavada bunu əksidir. Burada iki mərtəbəli evlər daha çoxdur, üstəlik, yaxşı təmirli mənzillərin sayı yüzlərlədir. Sakinləri də narazı salan elə budur: “İki addımlığımızda metro var. Şəhərin mərkəzinə yaxınıq. İstədiyimiz yerə əlimiz çatır.Təmirsiz, uçıq-sökük evlərə də 1500 manatdan kompensasiya verilir, bizə də. Burada elə adamlar var ki, evinin tikilməsinə və təmirinə 100 min manatdan çox xərci çıxıb. Bu ədalətsizlikdir”.
Ərazidə dükan sahibləri də hər kəsə ucdantutma 1500 manatdan kompensasiya verilməsinə narazıdırlar. Onlar deyirlər ki, mağazaylamənzil arasında fərq qoyulmalıdır. Fikirlərini dükanların evlərdən daha baha qiymətətikilməsiylə əsaslandırırlar: “İstənilən bir binada mənzillə obyektin fərqinə nəzər yetirin görəcəksiniz ki, dükan daha bahadır. Həm yeri alanda, həm sənədləşdirəndə daha çox pul çıxır”.
Üz tutduğumuz növbəti ünvan – “Papanin”də də sakinlər narazıdırlar. Sözügedən ünvanın bir hissəsi yeni metrostansiyasına görə sökülüb.Həmin zaman da sakinlərə 1500 manatdan “ədalətli” kompensasiya verilmişdi. Bakıda keçiriləcək 2015-ci il Yay Olimpiya oyunlarınagörə bu ilin sonuna qədər yerdə qalan başqa mənzillər də söküləcək. “Papanin” əhli hökumətdən pul deyil, yaxınlıqda tikilən binalardan mənzillərin verilməsini tələb edirlər.
Hər nə qədər rəsmi məlumatlarda söküləcək evlərin yerində prkların tikiləcəyi deyilsə də, vətəndaşlar bu xəbərin inandırıcı olmadığını bildirirlər. Onların fikrincə yerlə-yeksan edilənhər bir yaşayış massivindəki müəyyən ərazilərtikinti şirkətlərinin rəhbərlərinə satılıb. Həmin yerdə hündürmərtəbəli binaların ucaldılacğını deyirlər…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031