"Baş verənlərə başqan səviyyəsində münasibət olmalıdır"

15.02.2014 - 14:14

“Baş verənlərə başqan səviyyəsində münasibət olmalıdır”

Müsavat Gənclər Təşkilatının keçmiş rəhbərləri qrumuda yaşanan böhranla bağlı danışdı

Müsavat Partiyasının Gənclər Təşkilatına (MGT) üç ay əvvəl keçirilən təkrar və qalmaqallı sədr seçkisindən sonra vəziyyət daha da gərginləşib. Nəticədə Müsavat Gənclər Təşkilatından səkkiz nəfər qovulub. Onların ikisi hətta partiyadan da çıxarılıb. Çıxarılan gənclər və onların tərəfdarları isə bildirirlər ki, baş verənlər rəhbərliyə yeni gələn gənclərin öz ideyaları deyil və qovulmalar yuxarıdan gələn bir tapşırıqdır. Məqsəd də rəqib qruplaşmanı sıradan çıxarmaq, bununla da öz fəaliyyətsizliklərini örtməkdir.

MGT-nin keçmiş üzvləri də vəziyyətdən narahatdır. Keçmiş sədr Tural Abbaslı bildirir ki, baş verənlər Müsavat Partiyasına yaraşmır və partiya adına müsbət heç nə vəd etmir: “Çıxarılan gənclər kifayət qədər aktiv və fədakar gənclərdir. MGT sədri seçkisi ərəfəsində gənclər iki qrupa bölünmüşdü. Qalib bir nəfər olmalı idi və seçildi. Təəssüflər olsun ki, qalib gələn tərəfin təcrübəsi, bacarığı çatmadı barışdırıcı mövqe tutmağa. Amma hər iki tərəfi birləşdirib daxili intriqalara vaxt ayırmaq əvəzinə hakimiyyətlə mübarizəyə yönlənə bilərdilər. Bunu mən onların təcrübəsizliyi ilə bağlayıram. Düşünürəm ki, təcili olaraq partiya rəhbərliyi buna mövqeyini bildirməlidir. İstər Divan, istər başqan səviyyəsində buna münasibət olmalıdır, məsələyə əl qoyulmalıdır. 

Mən rəhbərlik etdiyim yedi il ərzində gənclər təşkilatından cəmi iki nəfəri xaric etmişdik. Onların da xaric olunması istər partiya rəhbərliyində, istər sıravi üzvlər arasında normal qarşılanmışdı. Ancaq iki-üç aya səkkiz nəfərin xaric olunması orada vəziyyətin, prosesin normal getmədiyini göstərir”.

T.Abbaslı problemlə bağlı partiya rəhbərliyinə müraciət etməyi düşünür: “Gərək rəhbərlik baş verənlərə biganə qalmasın. Partiya rəhbərliyinin birbaşa vəzifəsi bu problemlərin həllində iştirak etmək, həll yollarını axtarmaqdır”.

MGT-nin keçmiş sədr müavini Əhəd Məmmədli də baş verənlərə təəssüf etdiyini deyib: “İndi rəhbərlikdə olan gəncləri biz öz vaxtımızda quruma gətirmişdik. Biz öz vaxtımızda onlara çox yetərincə dəstək vermişdik. Təəssüf edirəm ki, baş verənlərdə həm MGT, həm də partiya uduzur. Bizim vaxtımızda MGT ölkədə bir nömrəli gənclər təşkilatı idi. O cür gənclər təşkilatının bu vəziyyətə düşməsi məndə çox təəssüf hissi yaradır və mən hər iki qrupu bir masa arxasında oturub təşkilatı vəziyyətdən çıxarmağa çağırıram”.

“musavat.com”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829